“Builki mövsümdə meyvə və tərəvəz qıtlığı yaranacaq” – QUBAD İBADOĞLU

48

 “Virusun təsirindən iqlim də dəyişib”

“Bütün dünyada müxtəlif qitələrdə havalar eyni zamanda soyuq keçir. Hətta Azərbaycanda aprelin sonunda dağ rayonlarına yağıb. ABŞ-da biz yaşadığımız Nyu Cersi ştatında da havalar soyuqdur, qar yağmasa da, gecələr hərarət bəzən -1 dərəcəyədək aşağı düşür”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

“Meyvə və tərəvəz məhsullarının qiyməti bahalaşacaq”

“Mütəxəssislərin qənaətinə görə, bütün bunlar atmosferə buraxılan zəhərli qazların emissiyasının azalması səbəbindən baş verir. Çünki hazırda avtomobillərdən, təyyarələrdən əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə az istifadə olunur. Buna görə də hava daha təmiz olsa da, soyuqlaşıb. Bu dəyişiklik insan orqanizminə müsbət təsirə malik olsa da, kənd təsərrüfatı məhsullarının məhsuldarlığına mənfi təsir göstərəcək. Görsənir ki, bu ilki mövsümdə meyvə və tərəvəz qıtlığı yaranacaq və bu məhsulların qiyməti bahalaşacaq”,-deyə iqtisadçı alim vurğulayıb.

Şamo EMİN, Huriyyet.org