“Bu hadisələrin həm ABŞ-a, həm bütün dünyaya mənfi təsiri olacaq” – AZƏR QASIMLI

282

“İndiyənə qədər Amerika tarixində olmayanları, yazılmamış qanunları, demokratik siyasi mədiniyyətə aid olan qaydaları artıq 4 ildir ki, tapdalamaqda idi. Bugünkü hadisələr də bunun məntiqi nəticəsidir”

Hurriyyet.org xəbər verir ki, bunu politoloq Azəf Qasımlı bildirib. O, ABŞ-da baş verən hadisələrin əsas səbəbkarının Donald Tramp olduğunu bildirib:

“ABŞ-da baş verən hadisələrin əsas səbəbkarı bir adamdır – Trump. Məhz onun hakimiyyət sevgisi, eqosu, avtoritarlığı, özbaşınalığa məyilli olması və məsuliyyətsizliyi bu olaylara gətirdi. İndiyənə qədər Amerika tarixində olmayanları, yazılmamış qanunları, demokratik siyasi mədiniyyətə aid olan qaydaları artıq 4 ildir ki, tapdalamaqda idi. Bugünkü hadisələr də bunun məntiqi nəticəsidir. Bu hadisələrin həm ABŞ-a, həm bütün dünyaya mənfi təsiri olacaq. Çünki Trump dünya avtoritarizminə indiyənə qədər heç kimin etmədiyi yardımı etdi. Lakin dünya üçün, bizim üçün dərs olmalıdır ki, bir adam 10 illərlə, 100 illərlə oturuşmuş demokratik sistemi çalxalaya bilər. Ona görə ki, demokratiya ideal sistem deyil və daima özünü gəlişdirməli, zamanında da islah etməyi bacarmalıdır. Dünya demokratlarının bundan sonra düşünəcəyi və baş sındıracağı əsas məsələ məhz budur. Lakin hər bir halda Çörçilin dediyi kimi demokratiya ən pis idarəetmə forması olsa da, insanlıq hələ də ondan daha mükəmməlini icad etməyib!”

YƏHYA