Bu gündən Rusiyanın sabiq prezidentləri toxunulmaz HESAB OLUNUR

408

Rusiya Prezidenti Vladimir Putin yenilənmiş Konstitusiyaya uyğun olaraq keçmiş dövlət başçılarına və ailə üzvlərinə təminatlar haqqında qanunu imzalayıb.
Yeni qanuna görə, səlahiyyət müddətləri bitən Rusiya prezidentləri artıq cinayət və ya inzibati məsuliyyətə cəlb edilə bilməz, habelə tutula, həbs oluna, axtarışa verilə, dindirilə və ya ona məxsus yerlərdə axtarış aparıla bilməz. Keçmiş prezidentin toxunulmazlığı tutduğu yaşayış və ofis binalarına, nəqliyyat vasitələrinə, sənəd və digər yüklərinə habelə yazışmalarına da aiddir.
Rusiyanın keçmiş prezidentlərinin toxunulmazlıqları ancaq, dövlətə xəyanət və ya ağır cinayət törətdikdə Dövlət Duması tərəfindən qaldırıla bilər. \\Yeniavaz.com