Bu gün Yerevanda Paşinyan əleyhinə növbəti aksiya keçiriləcək

288

“Satqın Nikol Paşinyanın əmrinə əsasən bir neçə yüz nəfər dostumuz polis bölmələrinə aparılıb. Nikol Paşinyan mübarizəmizi zəiflətməyə çalışır, amma bu onda alınmayacaq, çünki biz sarsılmazıq və mütləq qalib gələcəyik”.

“Report” xəbər verir ki, bu barədə Yerevanın “Fransa” meydanında keçirilən etiraz aksiyası zamanı Ermənistanın “Vətən” Partiyasının lideri Artur Vanesyan bildirib.

Onun sözlərinə görə, Daşnaksutyun rəhbəri İşxan Saqatelyan və başqa dostları polis bölməsindədir.

Vanesyan həmçinin onların hərəkətlərini televiziya və ya telefonla müşahidə edən insanları küçələrə çıxmağa və onlara qoşulmağa çağırıb.

O, əlavə edib ki, sabah (bu gün-red) etiraz aksiyasını davam edəcəklər və heç bir halda dayanmayacaqlar.