Bu gün “Fənərbaxça”nın oyunu var – Superliqa bərpa olunur

39

Koronavirusa görə mart ayının əvvəlindən dayandırılan Türkiyə Superliqası bu gün bərpa olunur.

Hurriyyet.org xəbər verir ki, ilk oyun gününə 27-ci turun iki görüşü nəzərdə tutulub. “Fənərbaxça” “Kayserispor”u qəbul edəcək. “Trabzonspor” isə səfərdə “Göztəpə”nin qonağı olacaq.

12 iyun

Türkiyə Superliqası, 27-ci tur

22:00.“Fənərbaxça” – “Kayserispor”

22:00.“Göztəpə” – “Trabzonspor

Qeyd edək ki, turnir cədvəlinə 53 xalla “Trabzonspor” başçılıq edir. Eyni xalı olan “Başakşəhər” 2-ci, “Qalatasaray” (50) 3-cü, “Fənərbaxça” 7-ci, (40), “Göztəpə” 8-ci (37), “Kayserispor” isə 22 xalla sonuncu – 18-cidir./qol.az/