Bu gün BƏƏ və Bəhreyn Ağ Evdə İsrail ilə “barışırlar”. Barışın mahiyyətinin 5 maddədə izahı

105

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə münasibətlərini normallaşdırmağı qərara alan İsrail ilə Birləşmiş Ərəb Əmirliklərindən olan yüksək səviyyəli heyətlər bu gün Vaşiqnton şəhərində, Ağ Evdə münasibətləri normallaşdırmaq üçün müqavilə bağlayacaqlar. Razılaşamanı İsrailin Baş naziri Binyamin Netanyahu ilə BƏƏ Xarici İşlər naziri Abdullah ibn Zayed əl Nahyan imzalayacaqlar. Trampın açıqlamasına görə, mərasimin gedişində Bəhreyn tərəfi də İsrail ilə bir razılaşma imzalayacaq.

BBC-nin Yaxın Şərq üzrə redaktoru Ceremi Bouen öz məqaləsində razılaşmanın əhəmiyyətini 5 maddədə əks etdirib. Bu maddələr aşağıdakılardır:

  1. Körfəz ölkələri ilk növbədə ticarət olmaqla, İsraillə əməkdaşlıq sahələrini dəyərləndirəcəklər.
  2. İsrail regional təcirddən addım-addım xilas olacaq.
  3. Donald Tramp xarici siyasətdə növbəti zəfərini qazanmış oldu.
  4. Fələstinlilər xəyanətə məruz qaldıqlarını güman edirlər.
  5. İran bölgədə strateji olaraq daha çox sıxışdırıldığını güman edir.