Bu ermənilər hamısı tutulmalıdır və… – EKSPERT

291

“Ermənilər Kəlbəcərdən çıxarkən aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. İşğal olunmuş ərazilərdə maddi mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədiyi hər şeyi isə yandırır, məhv edirlər. Hələ ki, müqavilənin icrası tam təmin edilməyibsə, bütün bu hərəkətlər cinayət hesab olunur”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, beynəlxalq hüquq və geosiyasət üzrə ekspert Əfsər Sadıqov deyib.

O qeyd edib ki, oradan hələ ki, Ermənistanın hərbi qüvvələrinin hamısı çıxarılmayıb və buradakı bütün dağıntılara, əmlakların yandırılmasına, mülklərin sökülüb sıradan çıxarılmasına görə əraziyə nəzarət edən ölkə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır: “Burada ayrı-ayrı şəxslərin, istər dinc əhali, istərsə də əlisilahlı şəxslər fərdi cinayət məsuliyyəti daşıyır. Bu, beynəlxalq humanitar hüquq normalarının pozulması deməkdir.

Bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən qaldırılmış cinayət işlərinə əlavə olunacaq. Bu cinayəti törədənlər mülki şəxslər olsa belə, harada olmalarından asılı olmayaraq beynəlxalq axtarışa verilərək tutulub Azərbaycana verilməli və cinayət məsuliyyətinə cəlb edilməlidir”.