Bu dəfə fars müğənni Rəşid Behbudovun REPERTUARINDAN OĞURLUQ EDİB

105

Rəşid Behbudovun repertuarından daha bir mahnının fars müğənnisi tərəfindən oğurlandığı üzə çıxıb.
İranda yaşayan Fereydoun Asraei adlı müğənni Rəşid Behbudovun repertuarından olan Azərbaycanın məşhur “Küçələrə su səpmişəm” xalq mahnısını fars dilində ifa edərək, “Dooset daram” adı ilə əsəri fars mahnısı kimi təqdim edib.
Bu barədə sosial şəbəkədə Rəşid Behbudovun qızı Rəşidə Rəşid məlumat yayıb. O, həmçinin qeyd edib ki, adı çəkilən fars müğənni kürd dilində subtitirlərlə bu mahnını Youtube kanalında yerləşdirib:
“Maraqlıdır ki, İran mənşəli bir çox kanallar bu mahnını fars mahnısı kimi sosial şəbəkələrdə geniş şəkildə paylaşaraq, özünküləşdiriblər. Rəşid Behbudovun repertuarında ən gözəl xalq mahnılarımızdan olan “Küçələrə su səpmişəm” mahnısını müdafiə etmək hər birimizin borcudur. Sizi bu haqsızlıqlara son qoymaqda bizə dəstək olmağa çağırırıq!”
Xatırladaq ki, bir neçə gün öncə alban müğənni Rəşid Behbudovun repertuarından Tofiq Quliyevin Rəsul Rzanın sözlərinə bəstələdiyi məşhur “Sənə də qalmaz” mahnısını paylaşmış və qeyd etmişdi ki, guya bu mahnının müəllifi Edison Miso adlı alban bəstəkarıdır. \\Musavat.com