“Bu, Çinin daxili işlərinə müdaxilədir. Dərhal səhvinizi düzəldin!”

24

Hurriyyet.org xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun Tayvanın rəhbərini “prezident” adlandırmasının ölkənin daxili işlərinə müdaxilə olduğunu bəyan edərək pisləyib və bu səhvin dərhal düzəldilməsini tələb edib.

Çin XİN-in yazılı bəyanatında deyilir: “ABŞ-ın məlum siyasətçiləri Vahid Çin prinsipini ciddi şəkildə pozaraq Çinin daxiliişlərinə ciddi şəkildə müdaxilə ediblər. Çin bundan güclü şəkildə hiddətlənir və bu vəziyyəti pisləyir”.

Açıqlamada bildirilir ki, Pompeo bu ifadələri ilə ABŞ-ın öz öhdəliklərinə açıq şəkildə riayət eləmədiyini, Tayvandakı müstəqillik tərəfdarlarına yanlış siqnal göndərdiyini nümayiş etdirir, Tayvan boğazında sülh və sabitliyə, Çin-ABŞ münasibətlərinə zərər verir.

Bəyanatda deyilir: “Çin hökuməti və xalqı Tayvanın müstəqillik tərəfdarlarının fəaliyyətinə və hər hansı xarici qüvvənin Çinin daxili işlərinə müdaxiləsinə qarşı çıxır”.

Hurriyyet.org