Rayon sakinləri bazarlıq üçün Gürcüstan və Rusiyaya üz tutublar

    3

    Bu, Azərbaycan kəndlilərinin bir çox məhsullarının ticarət şəbəkəsinə birbaşa gətirilməsinə imkan yarada bilər. İndiki halda isə həmin məhsulları alverçilər gətirir və arada iki dəfə əl dəyişən məhsulların qiyməti 4 dəfəyə qədər qalxır. Nəticədə, fermerlər məhsul istehsalında maraqlı olmurlar. Supermarketlərin birbaşa fermerlərlə işlədiyi Qərb ölkələrində isə qiymət fərqi 30%-dən çox deyil. Yəni belə olarsa, litri 1 manata satılan südün 70 qəpiyi kəndliyə çatar, indiki halda isə kəndli həmin məbləğin 25-30 qəpiyini ala bilir.