BÜTÜN DÜNYAYA ELAN VERDİLƏR! – “HÜCUM EDƏN İLK ÖLKƏ OLDUQ”

    3

    Hurriyyet.org xəbər verir ki, İsrail dövləti ABŞ istehsalı olan F-35 kabus tipli hərbi təyyarələrlə hücum edən iki ölkə olduğunu bəyan edib.

    Qəzza zolağından son dəqiqə xəbərləri gəlməkdədir… İsrail ordusu Hamasa aid olduğunu iddia elədiyi hədəflərə tankla atəş açdığını bildirib. Bundan başqa, İsrail ABŞ istehsalı olan kabus hərbi təyyarəsi olan F-35-lərlə hücumlar keçirən ilk ölkə olduğunu açıqlayıb.

    İsrail ordusu Qəzza zolağında Hamasa məxsus hərbi məntəqəyə atəş açıb. İsrail müdafiə qüvvələri sabahın erkən saatlarında Qəzzadan keçən şəxslərə qarşılıq olaraq tankdan atəş açdıqlarını irəli sürüb.

    Bu gün erkən saatlarda Qərbi Şeriadakı İsrail məntəqələrinə atəş açdığı bildirilib. Ramallahın yaxınlarında meydana gələn hadisədə heç kim zərər görməyib. İsrail ordusu şübhəlini yaxalamaq üçün axtarışlara başlayıb.

    İsrailin Müdafiə Qüvvələrinin mətbuat katibi, fələstinlilərin Talmon məntəqəsinə yaxınlaşan maşınları vurmağa çalışdıqlarını, lakin bunu bacarmadıqlarını irəli sürüb.

    İsraildən F-35 açıqlaması

    İsrail ordusundan verilən açıqlamada, İsrailin ABŞ istehsalı olan F-35 kabus təyyarəsindən istifadə edən ilk ölkə olduğu deyilib.

    General Amikam Norkinin “Bütün Yaxın Şərqdə F-35-lərlə uçuruq və indidən iki ayrı cəbhəyə iki dəfə hücum elədik”.

    Hurriyyet.org