Britaniyanın əyalət muzeyi “TikTok”da sensasiyaya çevrilib

318

Britaniyanın Dadli şəhərində tarixi binaların bərpası muzeyi (“Black Country Living Museum”) “TikTok”da paylaşdığı videolarla platformanın ən populyar muzeyinə çevrilib. Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, təkcə bu yaxınlarda paylaşılan “1920-ci illərin babası” adlı videoya iki milyondan çox insan baxıb. Muzeyin rabitə direktoru Ebbi Börd bunun “TikTok”dakı muzeylər üçün dünya rekordu olduğunu bildirib. O, bu ilin avqust ayında sosial media hesab açarkən belə bir uğur gözləmədiyini vurğulayıb.

“Milad gününə qədər 10 min abunəçimiz olsaydı, xoşbəxt olacağımı düşündüyümü xatırlayıram”, – deyə Börd bildirib. Ancaq muzey isə ikinci postdan sonra bu məqsədinə çatıb.