Britaniyalı retro vaqondan mini hotel düzəldib

45

Böyük britanıyalı Emma Xammond fəaliyyətdə olmayan dəmir yolunun bir hissəsində təkrar emaldan vaqon düzəldərək, onu hotelə çevirib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, qadın cəmi 3 aya çox böyük əmək sərf edərək retro vaqonun surətini yarada bilib. Retro vaqonun ərsəyə gəlməsinə təqribən 9 min dollar xərclənib. Burada bir gecə qalmaq isə 110 dollara başa gələcək.

Qeyri-adi mini hoteldə istirahət etmək arzusunda olanların sayı günbəgün artmaqdadır.