Britaniyadan Fransaya gedən yollarda uzun TIXAC YARANDI

399

Brexiti (Böyük Britaniyanın Avropa İttifaqından ayrılması) gözləyən Britaniya kompaniyalarının Avropa İttifaqı (Aİ) malları almaqda göstərdiyi aktivlik Fransaya gedən yollarda uzun tıxaclara səbəb olub.

“The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu gün M20 magistralında yük avtomobillərinin təxminən səkkiz kilometr uzunluğunda növbəsi yaranıb. Bütün nəqliyyat vasitələri Fransaya Avropa tunelindən keçməklə yollanır.

Qəzet yazır ki, Milad bayramı ərəfəsində Britaniya şirkətləri həmişə daha çox mal daşıyıb gətirirlər. Bu il isə Brexit səbəbindən vəziyyət xüsusilə gərginləşib. \\KONKRET