Britaniyada koronavirusun yeni mutasiyası AŞKAR OLUNDU

156
Böyük Britaniyanın bəzi ərazilərində koronavirusun yeni ştamları aşkarlanıb.
İngiltərənin cənub-şərqində yayılmış yeni genetik versiya daha yoluxdurucudur.
Alimlər yeni ştammın davranışını izləyir və 2 məqamdan narahatdırlar:
Birincisi yeni mutasiya olduğu regionda daha çox adamı yoluxdurur. Bu isə virusun daha güclü olmağa doğru mutasiyasının göstəricisidir.
Hazırda koronavirusun çox sayda müxtəlif ştamı var, bu bizim gözlədiyimizdən də çoxdur. Bəzi mutasiyalar çox diqqət çəkir. 2 qrup mutasiya vardır ki, burda korona virusun tac hissələrinin yapışdığı zülallarda dəyişiklik baş verib. Bu dəyişiklik virusun daha sürətlə yayılmasına səbəb olur.
Hər iki mutasiya daha çox izlənməli, öyrənilməlidir ki, gələcək yoluxmaların qarşısı alınsın.
Koronavirus peyvəndinin isə bütün ştamlara qarşı effektiv olacağı sual altındadır. \\Medicina.az