Britaniya Parlamenti “Brexit” sazişini TƏSDİQLƏYİB

294

Britaniya Parlamentinin İcmalar Palatasında keçirilən səsvermə nəticəsində Aİ ilə razılaşdırılan “Brexit” sazişi Britaniya Parlamenti tərəfindən təsdiqlənib.

Britaniya bürosunun verdiyi xəbərə görə, 521 parlament nümayəndəsi sazişin lehinə, 73 nümayəndə isə əleyhinə səs verib.

1246 səhifə olan və 660 milyard funt sterlinqlik ticarəti əhatə edən saziş bundan sonra isə nəzərdən keçirilmək üçün Lordlar Palatasına göndəriləcək.Qeyd edək ki, 24 dekabrda uzun müzakirələrdən sonra Britaniya və Avropa İttifaqı “Brexit”lə bağlı ticarət sazişi barədə razılığa gəldiklərini açıqlamışdılar. Bununla da Britaniya 1 yanvar 2021-ci ildən etibarən Avropa İttifaqından çıxacaq. \\APA