Britaniya mətbuatı Ermənistanın acizliyindən yazdı

84

Ermənistan rəhbərliyi həmişə olduğu kimi yenə də Rusiyanın yardımına möhtac qalaraq, Rusiyanın müdaxiləsinə və KTMT-nin hərbi yardımına ümid bəsləyir.

“Report” xəbər verir ki, Britaniyanın “Times” qəzeti bu barədə yazı dərc edib.

Məqalədə həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı qısa xülasə yer alıb və beynəlxalq aləm tərəfindən Azərbaycan ərazisi kimi tanınan bölgənin ötən əsrin 90-cı illərin əvvəlindəki müharibədən sonra Ermənistanın nəzarətinə keçməsi qeyd olunub. Ermənistanın Türkiyə F-16-sı tərəfindən təyyarəsinin vurulması iddiasına qarşı Türkiyənin bunu “ucuz propaqanda” adlandırması da yazıda əksini tapıb.

Bazar günündən başlayan şiddətli döyüşlərdə xeyli mülki şəxsin də həlak olduğu bildirilib.