“The Guardian”: “Azərbaycanın hərbi uğurlarından sonra Böyük Britaniya yeni dronlar əldə etmək istəyir”

387

Hurriyyet.org xəbər verir ki, Azərbaycanın zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra istifadə elədiyi yeni texnologiyalar dünya mətbuatının müzakirə mövzusuna çevrilib.

İngiltərədə dərc edilən “Qardian” (“The Guardian”) qəzeti Türkiyədə istehsal edilən dronların İngiltərənin müdafiə sənayesi üçün örnək olmasından yazıb. Qəzetin yazdığına görə, İngiltərə ordusu Azərbaycanın Qarabağ zəfəri təcrübəsindən sonra yeni Silahlı Pilotsuz Uçuş Aparatı proqramını həyata keçirməyə hazırlaşır. Yazıda Türkiyənin “Bayraktar” dronlarının regiondakı hərbi balansı dəyişdirdiyi bildirilir.

Məqalədə deyilir: “Bu yaxınlarda baş vermiş Dağlıq Qarabağ münaqişəsinin dərslərini öyrənən Müdafiə Nazirliyi Böyük Britaniya üçün daha ucuz hərbi dronlar almaq istəyir”.

Qəzet yazır: “Bu ayın əvvəllərində Böyük Britaniyanın Müdafiə naziri Ben Volles demişdi ki ki, Türkiyənin TB2 dronları artıq başqa ölkələrin “liderlik elədiyini” göstərir.

O, bu dronların “yüzlərlə zirehli texnikanı və hətta hava hücumundan müdafiə sistemlərini məhv elədiyini”, həmçinin Dağlıq Qarabağdakı müharibədə dronların düşmənin çox sayda canlı qüvvəsini məhv elədiyinə video sübutların olduğunu əlavə edib”.

Qəzetin yazdığına görə, Britaniyanın Müdafiə Nazirliyi Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra yeni PUA proqramını reallaşdırmaq, daha ucuz və təsirli dronlar əldə eləmək fikrinə düşüb.

Qəzet yazır: “Analitiklərin qiymətləndirməsinə görə, “Baykar Makina”  şirkətinin TB2 dronlarının qiyməti cəmi 1-2 milyon dollar civarındadır. Bu isə Britaniya hərbçilərinin bir ədədi üçün 20 milyon dollara yaxın vəsait xərclədiyi yeni nəsil “Protektor”(“ Protector”) dronlarından dəfələrlə ucuzdur. Britaniya Amerikanın General Atomics şirkətindən aldığı 16 ədəd “Protector” dronundan ibarət PUA donanmasına malikdir.

TB2 dronu  xeyli qısa – 130 kilometrə kimi  mənzilə malikdir, lakin 24 saata kimi havada qala bilir. Ucuz olduğu üçün bu cür dronların döyüşdə itkisi də silahlı qüvvələrin imkanları daxilindədir”.

Yazının orijinalını buradan oxuya bilərsiniz: https://www.theguardian.com/world/2020/dec/29/uk-defence-secretary-hails-azerbaijans-use-of-drones-in-conflict