Brilliant Dadaşova prezidentə müraciət etdi: “Bu xalqı “həkim”lərin əlindən xilas edin”

    33

    Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə vasitəsilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib.

    Hurriyyet.org xəbər verir ki, B.Dadaşova instaqram hesabında göndərdiyi müraciətində həkimlərdən şikayətləndiyi yazıb: "Əziz prezidentimiz, sizə qurban olum. Bu xalqı çoxsaylı pinəçi "həkim"lərin əlindən xilas edin. Qohumlarımın əksəriyyəti yaxşı, savadlı həkim olduqları üçün xəbərdaram ki, bir neçə il bundan əvvəl həkimlər arasında test imtahanı keçirilmişdi. Rus dilində təhsil aldıqlarına görə, hansı həkim Azərbaycan dilində yaxşı bilmirdisə onu işdən uzaqlaşdırırdılar. Bunun nəticəsi artıq göz qabağındadır. Həkim Azərbaycan dili ədəbiyyatını yox, təbabəti bilməlidir".