Brexitin keçid dövrü rəsmi olaraq başa çatıb

294

Bu gün Britaniya saatı ilə 23:00-da “Brexit”in keçid dövrü rəsmi olaraq başa çatıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, 31 yanvar 2020-də Britaniya Avropa İttifaqəndan (Aİ) çıxsa da hər iki tərəf qarşılıqlı münasibətləri müzakirə etmək üçün 11 aylıq keçid dövrünə başlamışdılar.

Bu müddətdə Britaniya Aİ-nin vahid bazar və gömrük ittifaqının üzvü olaraq blok qaydalarına tabe olaraq qalırdı. Ancaq bugün saat 23:00 etibarilə keçid dövrü rəsmi olaraq başa çatıb.

Britaniyanın Baş naziri Boris Conson artıq Britaniyanın əlində azadlıq olduğunu və hərşeyi daha fərqli və daha yaxşı etmək imkanlarına sahib olduğunu qeyd edib.