Braziliyada koronavirusa yoluxanların sayı 4 milyona çatır

42

Braziliyada koronavirusa bir gün ərzində 46 934 yeni yoluxma aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən TASS məlumat yayıb.

Qeyd edilir ki, COVID-19-a yoluxma hallarının ümumi sayı 3 997 865-ə çatıb.

Son bir gündə Cənubi Amerikanın bu ölkəsində COVID-19-dan 1 184 pasiyent ölüb. Beləliklə, koronavirusdan ölüm hallarının ümumi sayı 123 780-ə yüksəlib.

Məlumata görə, COVID-19-a yoluxmuş 3 210 405 xəstə sağalıb.