Braziliya, Almaniya və Argentinasız yarımfinal – TARİXDƏ İLK DƏFƏ

    6

    Ötən gün Braziliya yığması futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsində Belçikaya 1:2 məğlub olaraq mundialdan kənarda qalıb.

    Hurriyyet.org xəbər verir ki, tarixdə ilk dəfə Dünya Çempionatının yarımfinal mərhələsində nə Braziliya, nə Almaniya, nə də Argentina çıxış etməyəcək.

    Qeyd edək ki, Almaniya yığması qrupda qalaraq, Argentina yığması isə 1/8 finalda Fransaya məğlub olaraq mübarizədən kənarda qalıblar. /trend/