Braziliya Prezidenti: “Korona peyvəndinizi almayacağam. Pul xalqındır mənim yox”

48

Hurriyyet.org xəbər verir ki,  Braziliyanın Prezidenti Jair Bolsonaru yeni tipli koronavirusa qarşı San Paoloda klinik testdən keçirilən Çin peyvəndini almayacaqlarını bildirib. Braziliya Prezidenti deyib: “Hökumət mənim olsa da, pul mənim deyil, xalqındır. Sizin peyvəndinizi satın almayacağam. Peyvəndimizi satın alacaq başqa birini tapın”.

Avropa ölkələri koronavirus epidemiyasının ikinci dalğası ilə bağlı küçəyə çıxmağı qadağan eləməyə başlasa da, Braziliya dövlətinin başçısı Jair Boldonaru Kovid-19-a qarşı mübarizədə evdə qalmaq tədbirlərini tənqid edib, bunu “dəlilik” adlandırıb.

“Əl Cəzirə” kanalının verdiyi xəbərə görə, Bolsonaru deyib: “Əziz San Paulu valisi, həyəcanınızı başa düşürəm, lakin heç kim zorla bizi peyvənd almağa məcbur edə bilməz.  Hökumət mənim olsa da, pul mənim deyil, xalqındır. Sizin peyvəndinizi satın almayacağam. Peyvəndimizi satın alacaq başqa birini tapın”.