“Tramp Ərdoğandan nümunə götürməlidir” – METYU BRAYZA

66

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın dövlət katibinin keçmiş müavini, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Türkiyənin koronavirusla mübarizəsindən yazıb. Türkiyənin pandemiya ilə uğurla mübarizə apardığını deyən Brayza Trampın prezident Ərdoğanı nümunə götürməli olduğunu vurğulayıb.

Metyu Brayza “Atlantik Konsul” analitik nəşrində dərc olunan yazısında Türkiyənin koronavirusla mübarizəsindən bəhs edib.

Brayza yazıb: “Madrid, Lombardiya və ya Nyu-Yorkdan fərqli olaraq, Türkiyənin səhiyyə sistemi Kovid-19-a məğlub olmadı. Türkiyə iqtisadiyatı da ABŞ-da və Avropa ölkələrinin əksəriyyətində görünən dağıdıcı təsirlərdən müdafiə olundu. Mart ayının əvvəlində Türkiyədə səhiyyə fəlakətinin baş verəcəyini gözləyirdim. Sanki heç kim Kovid-19-a ciddi yanaşmırdı. İşlədiyim yerdəki və sosial əhatəmdəki heç kimi yeni koronovirusun İrana, İtaliyaya və İspaniyaya yayılan dağıdıcı təsiri ilə maraqlanmırdı. İlk vaxtlar əndişələrim düz çıxdı. Türkiyədə yoluxma halları artmağa başladı, sosial mediada xəstələrə yataq çatmadığı barəsində şayiələr dolaşmağa başladı. Lakin Türkiyə hökuməti aprel ayında ilk koronavirus yoluxma halının rəsmi şəkildə açıqlanmasından əvvəl pandemiya ilə mübarizə üçün 229 səhifəlik plan dərc eləmişdi. Virus Türkiyədə təsir göstərməyə başladığı andan Ankara bu plana ciddi əməl elədi. Yaşlılara və gənclər küçəyə çıxmaq, bəzi rayonlara giriş-çıxış qadağaları qüvvəyə mindi”.

“Türkiyə koronavirusu nəzarət altında saxlamaqla yanaşı, iqtisadiyyatın da dayanmamasına imkan yaradıb, lakin hələ atılacaq addımlar var. ABŞ prezidenti Donald Tramp Ərdoğana heyranlığı da nəzərə alınsa, Ankaradakı həmkarından bəzi şeyləri öyrənə bilər”.

Hurriyyet.org