BP-nin Bakıdakı ofisində HƏYƏCAN – İşçilər evakuasiya olundu – YENİLƏNİB

    12

    "Bu gün saat 15 radələrində ofisimizdə (BP Xəzər Mərkəzi, Port Baku) potensial təhlükəsizlik riski aşkar olunub. Ehtiyat tədbiri olaraq risk yoxlanılana qədər qalan iş saatlarında ofis işçiləri evə buraxılıblar”.

    Hurriyyet.org xəbər verir ki, bunu "Report”a "BP-Azerbaijan” şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib.

    O qeyd edib ki, hazırda risk araşdırılır.

    * * *

    BP-nin Bakıdakı ofisində həyəcanlı anlar yaşanıb, işçilər evakuasiya olunub.

    BakuPost-un əldə etdiyi məlumata görə, buna səbəb ofisdən qumbaraya oxşar əşyanın tapılması olub. Hadisə yerinə Dövlət Təhlükəsizliyi Xidmətinin, FHN-nin və ANAMA-nın əməkdaşları cəlb edilib.

    Hadisə barədə hələlik heç bir rəsmi məlumat yoxdur.