Böyüklərin uşaqpulu problemi – yeni gəlişmələr

252

Milli Məclis işçi qrup yaradır, dinləmə keçirir, ekspertlər təkliflərini təqdim etməyə hazırdırlar…

2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin Milli Məclisdə müzakirələri zamanı diqqət mərkəzində olan məsələlərdən biri də uşaqpulu oldu. Parlamentin çoxsaylı üzvləri hökuməti uşaqlı ailələrə dəstək mexanizminin işə salınmasına çağırdılar.

Belə ki, müzakirələr zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli  ən kasıb ölkələrdə belə uşaq pulu verildiyini deyib: “Pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. Uşaqpulu isə strateji məsələdir. 600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. Uşaqpulu verilsəydi, daha yaxşı olardı”. O bildirib ki, pensiya qocalar üçün sığorta puludur, uşaqpulu isə uşaqlar, ailələr üçün sığorta pulu olardı: “Nazirimiz deyir ki, buna 2,5 milyarddan artıq pul lazımdır. Əgər sosial müavinət məsələsini saxlamaq mümkündürsə, saxlayaq.

Tahir Kərimli parlament jurnalistlərini ittiham edib | Report.az

Tahir Kərimli

Saxlamaq mümkün deyilsə, bunu ləğv edək, yerinə uşaqpulu verək. Bu sosial müavinət 15-20 faizin xeyrinədir. Bu, Qarabağ məsələsi kimi vacib bir məsələdir. Gedib sorğu keçirsək, əhalinin 100 faizi uşaqpulunu istəyir. 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq, bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir. Bizim valyutaehtiyatımız var, ildə onun 1 milyardını bunun üçün ayıraq. Biz populistlik etmirik. Bu yaşımızdan sonra özümüzü kimə göstəririk?”

Sabir Rüstemhanlı - Vikipedi

Sabir Rüstəmxanlı

Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyriliklər meydana çıxır: “Bunu inkar etmək olmaz. Bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir. Uşaqpulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik. İndi bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, üçəm uşağı olana başqa şey. Azərbaycanda da bunlar var idi, amma indi unudulub. Gənc ailələrə yardım mənasında uşaqpulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaqpulu verilməsi məsələsinin bərpası ilə bağlı addım atmalıdır”.

Deputat Musa Quliyev: “Tələbləri yerinə yetirmək lazımdır”

Musa Quliyev

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, uşaqpulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib: “Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Sovet vaxtından qalan uşaqpulunun məbləği o qədər az idi ki, verilməsə, ondan yaxşı idi. Bu gün uşaqpulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədə uyğundur. Uşaqpulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verilə bilər. Təklif edirəm ki, deputatlardan ibarət işçi qrupu yaradaq, konkret təkliflər hazırlayaq bunun, büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq”.

Bu müzakirələrdən bir həftə sonra T.Kərimli Milli Məclisin rəhbərliyi səviyyəsində uşaqpulu ilə bağlı işçi qrup yaradıldığını deyib. O, “Report”a açıqlamasında bildirib ki, parlamentin payız sessiyasında xüsusi komitədə uşaqpulu məsələsi müzakirə olunacaq: “Məni də həmin işçi qrupun işində iştirak etməyə dəvət ediblər. Hesab edirəm ki, uşaqpulu çox vacib məsələdir”.

Xeyli insan işsiz siyahısına qoşulub - Əli Məsimli

Əli Məsimli

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli isə qeyd edir ki, Milli Məclisə seçkilər zamanı görüşlərdə əhalinin qaldırdığı məsələlər arasında uşaqpulu məsələsi xüsusi yer tutub: “Ona görə də Milli Məclisin istər yaz sessiyasında, istərsə də ondan sonra keçirilən növbədənkənar sessiyalarında uşaqpulu məsələsi deputatlar tərəfindən ən çox qaldırılan məsələlərdən birinə çevirildi. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi payız sessiyasında bir neçə sosial xarakterli məsələ üzrə dinləmələr keçirməyi planlaşdırır. Həmin dinləmələrdən biri də uşqapulu məsələsinə həsr olunacaq”.

Əli Məsimli bildirib ki, müzakirədə qeyri-hökumət təşkilatları və digər ekspertlər də iştirak edəcək: “Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev tərəfindən həm parlamentdə, həm də mətbuatda səsləndirilən fikirlərə istinad edərək demək olar ki, payızda qeyri-hökumət təşkilatlarını və digər ekspertləri də dəvət etməklə, dinləmə şəklində, ya da İşçi Qrup yaradıb araşdırma aparmaqla həmin sosial xarakterli məsələlərə, o cümlədən uşaqpulu məsələsinə də baxılacaq” (Qaynarinfo).

Vüqar Bayramov: Dəstək proqramı çərçivəsində bir sıra sahibkarlar ...

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, payızda qurumda uşaqpulu da daxil olmaqla, bir neçə sosial məsələ ilə bağlı dinləmələr keçirilməsi nəzərdə tutulur: “Uşaqpulu məsələsi Milli Məclisin növbədənkənar sessiyasının son plenar iclasında müzakirə olundu, payızda bununla bağlı dinləmələrin keçirilməsi qeyd olundu. Bundan sonra məsələ ilə bağlı hansısa işçi qrupunun yaradılması, onun üzvlərinin kimlər olması barədə məndə məlumat yoxdur. Parlament həmin iclasdan sonra yenidən tətilə getdi, bu baxımdan, Tahir müəllimin dediyi işçi qrupla bağlı məlumatlı deyiləm. Amma Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvüyəm. Komitəmiz parlamentdə sosial məsələlərlə məşğuldur. Bu baxımdan, belə bir işçi qrup yaradılacaqsa, ondan bizim komitənin də məlumatı olacaq”.

V.Bayramov bildirir ki, işçi qrup yaradılarsa, özlərinin uşaqpulunun ödənməsi mexanizmi ilə bağlı təkliflərini ora təqdim edəcəklər: “Biz bununla bağlı inkişaf etmiş ölkələrdən İtaliya təcrübəsinin tətbiqinin daha məqsədəuyğun olduğunu hesab edirik. İtaliya təcrübəsində uşaqpulu ünvanlı verilir – ailələrin illik gəlirinə uyğundur. İllik gəliri müəyyən həddən aşağı olan ailələlərə dövlət uşaqların böyüdülməsi üçün dəstək verir. Bu təcrübənin Azərbaycanda tətbiq olunması üçün illik gəlir bəyannamələrinin təqdim olunması mexanizmi tətbiq edilməlidir. Mən bununla bağlı gəlir deklarasiyalarının təqdim olunmasına dair qanunverici bazanın yaradılmasını təklif etmişəm. Gəlir deklarasiyaları təqdim olunarsa, ailələrin gəlirləri barədə dəqiq məlumatlar əldə olunar və ona uyğun aşağı gəlirli ailələrə dövlət tərəfindən dəstək verilər. Biz digər ölkələrin, həmçinin MDB ölkələrinin təcrübəsini də öyrənmişik. İşçi qrupu formalaşdırılarsa, öz bilgilərimizi və təkliflərimizi təqdim edərik”.

Sahib Məmmədov (ictimai-siyasi xadim) — Vikipediya

Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, “uşaqpulu” verilməsini təklif edənlər konkretləşmə aparmalıdırlar: “Hazırda Azərbaycanda 10 növ uşaq müavinəti (uşaq pulu) verilir. Ümumiyyətlə isə uşaq müavinətlərinin növləri çoxdur. Birdəfəlik, ünvanlı və s.

Ona görə də kimsə “uşaq pulu” verilməsini tələb və ya təklif edirsə, bildirməlidir ki, nəyi nəzərdə tutur. Məsələn, mənim bir sıra təkliflərim var. Onlardan birini deyim nümunə üçün: Ölkədə Ünvanlı Dövlət Sosial Yardımı alan ailələrdə 1 yaşınadək uşaqlara əlavə müavinət verilir. Mən təklif edirəm ki, bu yaş həddi 3 olsun. Bu yaxşı təklifdi, ya pis, onu qoyaq kənara. Amma bu konkret təklifdi. Yoxsa “uşaq pulu” deyilən müavinət sistemi haqqında elementar məlumatı olmayanların mücərrəd təklifləri havaya deyilən sözdən başqa heç nə deyil”.

S.Məmmədovun sözlərinə görə, Azərbaycanda demoqrafik problem yalnız cinslə bağlıdır: “Yəni selektiv abort nəticəsində qızların sayı azalır. Bu halda doğuşun stimullaşdırılması üçün bəzi mənfi göstəriciləri olan ölkələrin ”ana kapitalı” tipli müavinətləri bizdə keçərli deyil. Bizdə əhali hər il hər 1000 nəfərə 8,4 nəfər artır. Az qala dünya rekordu sayıla bilər. Misal üçün Rusiyada uzun illərin səylərindən sonra bu rəqəm 0-a çatıb. Macarstanda isə mənfi 7-dir”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov

Qeyd edək ki, bəzi hökumət təmsilçiləri pandemiya nəticəsində gəlirlərin azaldığı indiki şəraitdə uşaqpulu verilməsini təklif etməyin düzgün yanaşma olmadığını bildirirlər. İqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, uşaqpulu mexanizmi orta və uzunmüddətli dövr üçün hesablanan addım olaraq pandemiya yaratdığı böhran kimi qısamüddətli təsirlərlə əlaqələndirilməli deyil: “Bu gün parlamentdə müzakirələrin başlanması, işçi qrupunun yaradılması hələ uşaqpulu mexanizminin işə salınması demək deyil. Hətta hökumət məsələyə liberak yanaşsa belə, bunun üçün qanunverici bazanın formalaşdırılması, konkret icraya başlanması ən yaxşı halda bir il vaxt aparacaq. Ümid edirəm ki, başlanan müzakirələr məsələnin sosial problemlərin qabardığı hazırkı dövrdə gündəmi məşğul etmək üçün müvəqqəti aktuallaşdırılması deyil”.

Pandemiyanın fiskal gəlirlərə ciddi mənfi təsir göstərdiyini deyən ekspertin sözlərinə görə, hətta büdcənin indiki parametrləri ilə xərclənməsinə effektiv nəzarətin təmin olunması yolu ilə uşaqpulu mexanizminin işə salınması üçün vəsait tapmaq mümkündür: “Büdcə xərcləmələrində korrupsiyanın aradan qaldırılması, səmərəsiz xərclərin ixtisar olunması, qeyri-effektiv layihələrin kənara qoyulması yolu ilə xeyli miqdarda vəsaitə qənaət etmək mümkündür. Daha bir mənbə dövlət şirkətlərində idarəetmənin effektivliyinin artırılması yolu ilə bu şirkətlərə ayrılan subsidiyalara qənaət edilməsi ola bilər. Nəzərə almaq lazımdır ki, il ərzində belə dövlət şirkətlərinə 1,5 milyard manatdan yuxarı subsidiya ayrılır. Bu qədər vəsaitə qənaət olunması uşaqpulu mexanizmini tətbiq etmək üçün yetər də, artar da. Hökumət nəzərə almalıdır ki, uşaqpulunun verilməsi sosial tələbdir. Bu tələbin nəzərə alınması, ailələrə ciddi dəstək mexanizminin işə salınması çox vacibdir”.

Dünya SAKİT,
“Yeni Müsavat”