Böyük itkilər verən Əsəd dünyaya yalvardı: Türkiyəni DAYANDIRIN

9

İdlibdə türk əsgərlərinin şəhid edilməsindən sonra Türkiyə Əsəd rejiminə ağır zərbələr endirməyə davam edir.

İndiyə qədər Əsəd rejiminin 2 mindən çox əsgəri və 300-dən çox texnikası məhv edilib.

Türkiyə ordusunun qisas əməliyyatından qorxuya düşən Əsəd Avropa ölkələrindən kömək istəyib.

Suriyanın BMT-dəki daimi təmsilçisi Bəşər Cəfəri Avropa ölkələrinin Türkiyəni dayandırmasının vacib olduğunu bildirib.

BMT Təhlükəsizlik Şurasında danışan Cəfəri iddia edib ki, Türkiyə sülhsevər suriyalıları müharibəyə sürükləyir, NATO-nu özünün macəralarına alət edir və Avropa İttifaqına girişi asanlaşdırmaq üçün miqrantlardan istifadə edir. Avropa beynəlxalq hüquqa əməl etməli və öhdəliklərini yerinə yetirməlidir”.

Qeyd edək ki, Türkiyə ordusunun Əsəd rejiminə qarşı əməliyyatları davam edir. \\Publika