Böyük erməni aspirantı

153

Bu, 1972-ci ildə baş vermişdir. Moskva şəhərində yerləşən SSRİ Elmlər Akademiyasının Spektroskopiya İnstitutuna elmi yaradıcılığımla bağlı uzunmüddətli yollanışa getmişdim.  Yaşamağa yer məsələsi üçün Spektroskopiya institutunun direktorun təsərrüfat işləri üzrə müavini Fyodor deyilən şəxsdən (adı bütöv yadımda qalmayıb) kömək istədim.  O, institutun qonaq evinin və aspirant yataqxanasının olmadığını bildirdi. Mən getmək istəyəndə getməyə qoymadı. Mənimlə söhbətə başladı.

Mən elə söhbətlərə, şübhəli adamların verə biləcəkləri sorunlara çoxdan hazır idim. Onun sorunlarını cavablandırmaq üçün öncə ondan ehtiyatlan, düşündüm, bu, xəfiyyə işçisi ola bilər. O, mənim ehtiyatlandığımı duydu. Məndən Bakının kimlərin şəhəri olduğu haqqında sordu. “Ölmək-ölməkdir, xırıldamaq nə deməkdir” məzmunlu el məsəlində olduğu sayaq, çəkinmədim, sorunları cavablandırmağa başladım. Dedim, Bakı Azərbaycanın paytaxtıdır. Azərbaycan əski çağlardan türklərin vətənidir və Bakı da türklərin şəhəridir. Sovetlər gələndən sonra bir zamanlar bizlərə türk deməyiblər, “tatar”, “müsəlman” deyiblər. Ancaq daha tatar və müsəlman da demirlər, “azərbaycanlı” deyirlər. Dedi siz özünüz hansı millətdənsiniz? Dedim mən özüm türk millətindənəm, soyadım da Sultanov deyil, Sultanlıdır. Pasportumda soyadımı rusca “Sultanov” yazıblar. Dedi: “Bakıda tatarlar yaşayır?”. Dedi Bakını erməni şəhəri adlandırırlar, erməni adını çəkmədiniz”. Dedim: “Bakıda ermənilər də var, ancaq ermənilər o birilər kimi azlıq təşkil edirlər. Bakıda tatarlar da, rustar da, gürcülər də, talışlar da, ləzgilər də… yaşayırlar.  Bir sözlə, Fyodorla sözümüz tutdu. Özünün tatar olduğunu dedi. Dedi “nə zaman lazım gəlsə çəkinmədən mənə müraciət et”.

Fyodor haraya isə zəng vurdu, nə isə dedi. Məni otaqda qoyub dəhlizə çıxdı, sonra gəldi. 10-15 dəqiqədən sonra yenidən çıxdı və əlində kağız içəri girib kağızı mənə uzatdı: “al bunu, məktubdur, indi adres verəcəyəm, aparıb orada direktorun təsərrüfat üzrə müavininə verərsən” dedi. Məktub Karpov adına Fiziki Kimya İnstitutunun direktorunun təsərrüfat işləri üzrə müavininə mənim üçün institutun yataqxanasında yer ayrılması üçün verilmişdi. Karpov adına Fiziki Kimya İnstitutu Kursk metro stansiyasının yaxınlığında yerləşirdi. Bu adres və Fiziki Kimya Institutu mənə tanış idi. Məktubu institutun təsərrüfat üzrə direktor müavininə çatdırdım. O, da yubatmadan yataqxanaya göndəriş verdi. Məni institutun Moskvayörəsi Babuşkino qəsəbəsindəki yataqxanasına yolladı. Tezcə gedib yataqxananı tapdım, göndərişi yataqxananın müdirinə verdim. O da məni gözlətmədən 2-ci ötəcə ikinəfərlik otaqda yer verdi.

Müdir mənimlə qalxdı 2-ci ötəcə, qapını açdı, otaqdakı təxmini mən yaşda (32-33 yaşlarında) aspiranta mənim orada yaşayacağımı dedi. Aspirantla tanış olduq. Öz adını Vanik dedi. Vanik Ermənistanlı idi və Kosyan soyadını daşıyırdı (onun gerçək adı sonradan Qenrix çıxdı).  Vanik Bakıdan gəlmiş olduğumu biləndə düşdü mənim üstümə. Sorunu sorun ardınca verdi. İlk öncə milliyyətimi sordu. Dedim, bilmirsən, Azərbaycan necə özbəkistanlılar özbək türkləridirlər, qazaxıstanlılar qazax türkləridirlər, türkmənistanlılar türkməndirlər, azərbaycanlılar da azərbaycan türkləridirlər.

Böyük erməni aspirantı Qenrix elə bilirmiş Bakı ruslarla ermənilərin ortaq şəhəridir. Azərbaycan da Ermənistana aiddir. Dedim, yaxşı, bilirsənmi, Azərbaycan həm də pambıq ölkəsidir? Dedi, eşitmişəm, bilirəm. Dedim, yaxşı, erməni pambıq əkib becərə, pambıq yığa bilir? Sən erməninin pambıq yığdığını eşitmisən? Vanikin boğazı qurudu. Söz tapa bilməyib udqundu. O çağlar SSRİ məkanında tanınan Heydər Əliyevin kimliyini sordu. Heydər Əliyevin də türk olduğunu dedim. Dedi, sən deyirsən türk, türk ola bilməz. Türk Türkiyədə olur, Azərbaycanda yox. Mən isə, Türkiyədə türklərin az bir hissəsinin olduğunu dedim və onların yayılma coğrafiyasını, özəl sayının 200-250 milyondan çox olduğunu bildirdim. Bu cavablardan sonra “böyük erməni aspirantı” Qenrixin düşdüyü durum indi də gözlərim önündən getmir. O, dəhşətə gəlmişdi. Sorunlarının da ardı-arası kəsilmirdi…

“Böyük erməni aspirantı” Qenrix mənə sorun verməklə usanmırdı.  Deyirdi, II Erməni Çarı Mkrtıçın sərkərdələrindən birinin adı “Qenrix” olub. O zamanlar bu sərkərdə o qədər qüdrətli olub, dünyanın insan ayağı dəyən hər bir nöqtəsinə erməni bayrağı sancıb! “Böyük erməni aspirantı”nın sözlərinə görə, Ermənistan dünyada “ilk erməni torpağı” olub. Onun adı əski erməni dilində qoyulub. Anlamı da “yer kürəsi mənimdir” deməkdir. Doğruya qalsa,  göy üzü biz ermənilərə məxsusdur. Biz ilk dəfə göydə doğulmuşuq. Bunu bizim dünyada ən böyük katalikosumuz Vazgen bizə öyrədib. Məktəblərimizdə, institutlarımızda müəllimlərimiz deyib. “Böyük erməni aspirantı” Qenrix deyirdi, əski çağlarda belə erməni sərkərdələrinin sayı çox olub, lap çox. “Böyük erməni aspirantı” Qenrix erməni millətini yer üzünün “baş milləti” sayırdı. Deyirdi, burnumuzun iri olmasının səbəbi var. Hələ İkinci Erməni Çarı Qurgen lap əski çağlarda öz generallarını da götürüb öz torpağımız olan Arsaxa gedib. Orada o Qacar şah deyirlər ha, başdanxarabın biri olub, o, bir dəstə əsgərləri ilə bunun qabağına çıxıb, deyib bura sənin torpağın deyil, qayıt get. Qurgen də dünyada ən böyük erməni çarı olub axı. Deyib, yox, bura erməni torpağıdır, getməyəcəyəm. Qacar Ikinci Erməni Çarı Qurgenin ağlına gəlməyən iş eləyib. Onun öz burnunu da, generallarının burnunu da qumla ovub. Burunlarından qan açılıb, burunları şişib öncə başı boyda olub. Sonra başdanxarab Qacarın sözüylə erməni konyakı sürtüb burnu kiçilib yumruq boyda olub. Biz ermənilər də əcdadımıza oxşamışıq. Gərək II Çarımız Qacarın sözünə baxmayaydı. Çünki düşmənin sözünə baxmaq ermənini yer soxmağa bərabərdir. Biz axı, mədəni millətik. Qacarın sözünə baxmasaydıq, deyərdilər mədəniyyətləri yoxdur. Ancaq burnumuz elə başımız boyda qalsaydı yaxşı olardı. Düzdür, onda hamı bizdən qorxardı və bizi tanımazdı. Elə bilərdilər, başqa millətik! Burnumuz kiçilib indiki boyda olmasaydı, haraya getsəydik adamlar qorxub özlərini dənizə atardılar. Şəhərlər, kəndlər boşalardı, olardı bizim. Qurgen yeyib-içən oğlan olub. O, erməni konyakının təsirindən bunları düşünə bilməyib. Odur, budur, bizim burnumuz çox da kiçilmir ha, kiçilmir.

Nəyi deyirdinsə, “böyük erməni aspirantı” onu “əski erməni sözləri, erməni təfəkkürü”ylə aydınlaşdırırdı. Deyirdi, “orkestr” sözü erməni sözüdür, İkinci Erməni Çarı Köçər babamızın adından götürülüb. Yer üzündə ilk dəfə orkestr İkinci Erməni Çarı Köçərin dönəmində yaranıb. Babamız Köçərin şərəfinə belə adlandırılıb. Köçər, bilirsən, qədim erməni dilində nə deməkdir? Bilmirsən. Qoy, mən anlamını ilk dəfə açım. Köçər qədim erməni dilində Robert deməkdir. Azərbaycanda oxunan mahnıların hamısı bizimdir, erməni mahnılarıdır. Biz kitablarda da bunu yazırıq. Babamız Vazgen, şairlərimiz Balayan(Bala sözü qədim erməni sözüdür ha, bunu bil), Ağacanyan (Ağacan sözünün də qədim erməni sözü olduğunu bilməmiş olmazsan), Akademikimiz Ağabəyyan (Ağabəy Qədim Erməni Çarı Köçərin qardaşı olub), Rəssamımız İgidyan (İgid sözü də qədim erməni sözüdür. Bunu da yaxşı-yaxşı yadında saxla).

“Böyük erməni aspirantı” Qenrix “Sarı Gəlin”in əski erməni xalq mahnısı “olduğu”nu deyirdi. Deyirdi, burada “sarı” sözü lap əski, dünyada ən böyük erməni sərkərdəsi “olan” Sarqızın adından götürülüb. Deyirlər, Azərbaycan xalq mahnısıdır. Bunlar nə danışırlar, ərə? Yox, elə deyil. Tarixdə Azərbaycan xalqı olmayıb. “Azərbaycan” qədim erməni dilində “Aznaur” deməkdir. “Böyük erməni aspirantı” Qenrix deyirdi: dünyada ən böyük erməni sərkərdəsi olan Sarqız döyüşə gedəndə həmin bu erməni mahnısını, bir də erməni xalq mahnısı olan “Qaragilə”ni oxuyarmış. “Girdim yarın bağçasına”, “Sona bülbüllər”, “Yar bizə qonaq gələcək”, “Küçələrə su səpmişəm”… mahnıları  da lap əski çağlarda, İkinci Erməni Çarı Anastasın dönəmində “yaranmış” erməni xalq mahnılarıdır. Bilirsən, İkinci Erməni Çarı Anastas kim olub? Anastas bəstəkar olub, erməni xalq mahnıları yazıb və ermənilərin dirijoru olub. Anastas Şaumla bilikər ermənilərə xorda dirijorluq edib.

(Ardı var)

Bəhmən SULTANLI

**

“Böyük erməni aspirantı” Qenrix “Sarı Gəlin”in əski erməni xalq mahnısı “olduğu”nu deyirdi. Deyirdi, burada “sarı” sözü lap əski, dünyada ən böyük erməni sərkərdəsi “olan” Sarqızın adından götürülüb. Deyirlər, Azərbaycan xalq mahnısıdır. Bunlar nə danışırlar, ərə? Yox, elə deyil. Tarixdə Azərbaycan xalqı olmayıb. “Azərbaycan” qədim erməni dilində “Aznaur” deməkdir. “Böyük erməni aspirantı” Qenrix deyirdi: dünyada ən böyük erməni sərkərdəsi olan Sarqız döyüşə gedəndə həmin bu erməni mahnısını, bir də erməni xalq mahnısı olan “Qaragilə”ni oxuyarmış. “Girdim yarın bağçasına”, “Sona bülbüllər”, “Yar bizə qonaq gələcək”, “Küçələrə su səpmişəm”… mahnıları  da lap əski çağlarda, İkinci Erməni Çarı Anastasın dönəmində “yaranmış” erməni xalq mahnılarıdır. Bilirsən, İkinci Erməni Çarı Anastas kim olub? Anastas bəstəkar olub, erməni xalq mahnıları yazıb və ermənilərin dirijoru olub. Anastas Şaumla bilikər ermənilərə xorda dirijorluq edib.

“Böyür erməni aspirantı”nın sözlərinə görə“kələm dolması”, “bozbaş”, “piti”, “küftə” qədim erməni xörəkləridir. Bu xörəklərin adları da qədim erməni dilindədir: bozbaş, piti, dolma, küftə.  “Lavaş da erməniyə məxsusdur. Gör qədim erməni dilində necə səslənir: lavaş.

İndi keçək erməni musiqisinə. Bilirsən, “Arşın Mal Alan” mahnısını sizdə bir kişi “oğurlayıb”, deyir mən yazmışam. “Yalandır”, o, mahnını əslində, dünyada ən əski Üçüncü Erməni Çarı Arşakın oğlu Allahverdi “yazıb”. “Arşın” qərim erməni sözürüd, Arşak deməkdir, “Alan” da qədim erməni sözü olub Allahverdini bildirir. Arşakın oğlu Allahverdinin çoxlu mahnıları olub, ancaq bu mahnıları Türkiyədə, Azərbaycanda, Almaniyada, Rusiyada, Fransada, ABŞ-da və çox yerlərdə oğurlayıb öz adlarına çıxıblar. Misalçün, Hacıbəyli, Bethoven, Şlyapin, Bülbüloğlu, Müslüm, Asəf, Sabitoğlu, Motsart, Bazan, Alen, Çaykovski, Şopen başdanxarab adamlardır. Bunlar və çoxlu başqa başdanxarablar oğurlayıb öz adlarına çıxıblar. Onlar bilmirlər, dünyada ən böyük, ən istedadlı xalq olan erməni xalqının dünyada ən böyük generalları o mahnıları da, torpaqlarımızı da özümüzə qaytaracaq! Bütün mahnıları ilk dəfə biz ermənilər yazmışıq. Mahnılarımızın çoxunun sözlərini də çox qədim erməni şairləri Sergöy və Qaputük yazmışlar.

Sənin bilmədiyin çox şey var. Hələ onu bilmirsən, Nizami, Füzuli, Sədi, Nəsimi, Höte, Şekspir, Puşkin, Taqor, Çingiz, Abay, Məxdumqulu, Şəhriyar, Konfutsi, Nazim, Volter… bizim yazıçılarımız olublar, sonra onları oğurlayıb öz adlarına çıxıblar. Biz hamımız bunları bilirik, çünki bizə Katalikosumuz öyrədib, doğulmamışdan Analarımız başa salıb. Doğulandan sonra böyüklərimiz, baxçaya gedəndə baxça müəllimlərimiz, orta və ali məktəb müəllimlərimiz öyrədiblər. Bilirsən, bu mahnıların hamısını dünyada ilk dəfə Arşakın, Allahverdinin, Köçərin, Sarqızın, Arşakın, Anastasın Böyük Ermənistanda yaratdığından xəbəriniz var? “Böyük Ermənistan” qalsaydı, indi biz öz əzəli Bakı, Tehran, Təbriz, Moskva, Parij, London, İstanbul, Daşkənd, Alma-Ata, Pekin, Dehli,  və başqa şəhərimizdə oturub bütün dünyanı indikindən yaxşı idarə edərdik.

Sən onu bilirsən, Zərdüşt deyirən ha, o, bizim Arsakda doğulub. Hə, Arsakda doğulub,  ermənidir. Buna izah lazımdır? Bilirsən, İkinci Erməni Çarı Arşakın dünyada ilk dəfə 100 min marşalı olub. İndi kimin o qədər marşalı var? Böyük erməni aspirantı Qenrixin dediyinə görə, “gəlin” sözü lap əsgi erməni sözüdür, o sözü ilk dəfə erməni çarı bizin çarımız Koçar yaradıb. Əsgi erməni dilində bu sözün anlamı “gəl”dir. Lap əsgi İkinci Erməni Çarı Sarqız babanın sərkərdəsi “gəl” deyərək düşməni özünə tərəf gəlməyə səsləyirmiş, demək istəyirmiş hünərin varsa, gəl sənin qarnını yarım, oraya daş, kəsək, dəmir-dümür doldurum. Böyük erməni aspirantı Qenrix deyirdi “daşnak” sözü də bizim çarımız Mıkrıtıçdan da əski Dördüncü Erməni Çarı olub ha, onun zamanında “eşşək” sözündən götürülüb. “Papaq” sözünün də ermənilərə aid olduğunu vurğulayırdı, deyirdi, qədim erməni dilində “pap” “erməni”, “aq”da əsgi erməni dilində “ağ” deməkdir.

Böyük erməni aspirantı Qenrix deyirdi, “Azərbaycan” sözü də əsgi erməni sözüdür. Buradakı “Azər” sözünün I Erməni Çarı Mıkrıtıçdan da qabaqkı əsgi erməni dilində “Azar” olduğunu və “baycan”ı türklərin əsgi erməni torpağına azaraq gəlmiş olduğunu asanlıqla “açıqlaya” bilirdi. Onun sözlərinə görə, Dağlıq Qarabağ əsgi erməni dilində “Arsaq” deməkdir. Bu da İkinci Erməni Çarı Poqosdan qabaqkı Şauma gedib çıxır. Şaum lap əsgi erməni dilində “meymun” deməkdir. Bu da o deməkdir, ilk dəfə meymundan əmələ gələn biz ermənilər olmuşuq. Düzünə qalsa, hələ meymun əcdadı da dünyada biz ermənilər olmuşuq. Qalan millətlər hamısı bizdən sonra, yəni biz ermənilərdən törəyiblər. Bəziləri var, onlar qəfildən hardansa peyda olublar. Lap əsgi erməni çarlarından biri sizlərin göydən paraşütlə gəlmisiniz. Düşünməmisiniz Yerin sahibi biz olmuşuq. Gəlib deyiblər, yox, yer bizimdir. İnanmayın. Biz hələ dinmirik, çünki erməni adıyla olanların sayı az görünür. Yox, buna inanmayın. Bizim babalarımız deyiblər, bizlərin bir hissəmiz torpağın altında məqamı gözləyirik. Sizin türkləri götürək. Sizlər lap sonralar ortaya çıxmısınız. “Türk” sözü əski erməni dilində mədəniyətsiz deməkdir. Bilirsiniz niyə mədəniyətsiz? Bizim ermənilər hər yer gəlirdi, oraya otururdu, çünki yer kürəsi onundu axı, haraya istəsə, oraya otura bilər! Bir dəfə indi bizim “türk” dediyimizin əcdadı çöldə qoyun otaranda bir erməninin o cür oturduğunu görüb və onun üzünə tüpürüb. Deyib nə üçün hər yeri iyləndirirsən? İlk insanın üzünə tüpürənə mədəniyətsiz deyərlər ermənilərdə. Hə, bəs nə deyərlər? Sözsüz, deyəcəksən mədəniyətsiz, düzdür? Axı, yer kürəsi bizim olub, bizim ixtiyarımız var, hara gəldi, oraya oturaq. Deyən lazımdır, ay türk, axı erməni dünyanın ilk adamıdır, niyə öz haqqına yiyə durmağı ona qadağan edirsən? Axı, yer qarpız boyda olub, sonradan erməni ordan-burdan torpaq daşıyıb töküb, onu böyüdüb indiki boyda eləyib!

Böyük erməni aspirantı Qenrix deyirdi, bu Rusiyada heç zaman bir adam da olmayıb. Ruslar var ha, onlar biz ermənilərə aid olan İran, Türkiyə, Suriya, Pakistan, Hindistan  ərazilərində yaşayıblar. Sonradan biz onları gətirib indiki Rusiya adlanan ərazidə yəşdirmişik. Onları biz adam eləmişik. Rus əski erməni dilində bilirsən nə deməkdir? “İşğalçı” deməkdir! O adı onlara biz erməni dilində vermişik. Kim bizim lap əski torpağımızda yaşayırsa, onları oradan qovmaq üçün rusları salırıq onların üstünə, onları ooradan qovurlar. Qovmağı onlara biz öyrətmişik, biz ermənilər öyrətmişik. Axı, biz də böyümüşük, dünyada 3 milyona çatmışıq. İndi özümüzə torpaq lazımdır! Ruslar da hər yerə çatırlar, orada deyirlər, əski çağlarda onların 100 milyon adamını qırıblar. Yalandır. 100 milyon biz olmuşuq. Aralarında dava düşür, biz də ruslara kömək edirik. Yuxularına haram qatırıq. Onlara “rus” adını, yaşadıqları əraziyə də “Rusiya” adını biz vermişik. “Rusiya” da indiki erməni dilində “işğalçıların yaşadığı məskən” anlamına gəlib çıxır. Biz gec-tez öz torpaqlarımızı onlardan geri alacağıq. Bəsdir, biz onlara bu qədər insanlıq göstərdik. Bizim torpaqda yaşadıqları bəsdir daha. Qoy, harda yaşayırlar, gedib yaşasınlar. Onlar dinc oturmurlar, bizim başqa ərazilərimizi də tuturlar.  Fransa da lap əski çağlardan bizim ərazimiz olub. “Fransa” əski erməni dilində “Firəngsə” deməkdir. Bu adı onlara II Erməni Çarı verib. Demək istəmişik, Firəngsə gəlib bizim buradakı torpaqlarda hələlik yaşasınlar. Adam lazım idi hələlik oranı bizim üçün qorumağa, şumlamağa. Orada neçə illərdir, yaşayırlar, daha bəsdir, indi onları oradan çıxardacağıq. Orada armeni çoxdur, indiki fransalılar 30-40 ilədək oranı tərk eləməlidirlər. Özlərinə demişik, köçməyə yer axtarırlar. Hə, hə, Almaniya da bizimdir. “Almaniya” sözü də erməni sözüdür. Əski erməni dilində bu söz iki sözdən yaranmışdır: birinci söz “almanı”, ikinci söz “ye”dir. Alman sözü də bizim sözdür. Qədim I Erməni Çarı Mkrtıç Sarqızyan meyvələrdən almanı və narı çox sevərdi. “Alman” sözü “alma” və “n” sözlərinin məhsuludur. Burada “n” əsgi erməni dilində “nar” deməkdir. ABŞ, Almaniyada yaşayaların adı Sarqızyan babamızın sevdiyi alma, yəni qədim erməni dilində nar meyvəsindən yaranmış deməkdir. “Türkiyə”, “Hindistan”, “İran”, “Yaponiya”, “Kitay”, “İngiltərə”, “Pakistan”, “İndoneziya”, “Avstraliya” sözləri də qədim erməni sözləridir.

Böyük erməni aspirantı dedi, bilirdim onu soruşacaqsan. Bütün bunları bizə dünyada ən böyük erməni alimləri Vazgen, Alekcandr Ambartsumyan, Sergey Ambarsumyan, ən böyük erməni yazıçıları Qurgen Allahverdiyan, Armen Ağaquluyan, ən böyük erməni iqtisadçıları Aşot Ədalətyan, Abel Ağabəyyan, ən böyük erməni şairləri Zori Balayan, Cilvə Kapitukyan, Aşot Haqverdiyan, ən böyük erməni rəssamları İqor İgidyan, Xoren Abasquluyan, Qoçaq Bədəlyan kimi milyonlarla başbilənlərimiz bələkdə, baxçada, məktəbdə, aspiranturada öyrədib.

Sözardı. Yer üzünün ermənilərə məxsus olacağını səbirsizliklə gözləyən “Böyük erməni aspirantı” Qenrixin nə zaman arzusuna çatacağını öyrənmək üçün Moskvaya yolum düşəndə onu axrarmaq üçün Babuşkino qəsəbəsinə getdim. Qenrixi sordum. Dedilər, o, aspirant müddəti bitdikdən sonra bir kitabı hərfbə-hərf köçürdüb dissertasiya halına salıb və müdafiə üçün hazırlayıb. Elmi rəhbəri bunun üstünü açıb, Qenrixi dissertasiya müdafiəsinə buraxmayıb. Qinrix o itən-bu itən. İndiyədək onun öldü-qaldısı bilinmir.

Bəhmən SULTANLI