Böyrək çatışmazlığı koronavirusa yoluxma riskini artırır – Araşdırma

87

Koronavirus xəstəliyini ağır keçirənlərin 30-40 faizində böyrək çatışmazlığı da müşahidə olunur. Reanimasiyaya yerləşdirilən və dializə ehtiyacı olan böyrək xəstələrində ölüm göstəricisi 50-60 faizi keçib.

Aparılan tədqiqatlara görə, COVID-19 böyrəklərə, həmçinin ağciyərlərə birbaşa təsir edərək ölüm riskini artır. Buna görə koronavirusa yoluxan xəstələrin böyrək funksiyalarını mütəmadi olaraq izləmək lazımdır.

Koronavirusu kliniki cəhədən ağır keçirən xəstə reanimasiyaya girəndə böyrək funksiyasının pozulma riski də artır. Dializə ehtiyacı olan böyrək xəstələri yüksək risk qruplarındandır.

Statistikaya görə, koronovirusu ağır keçirən insanlar arasında böyrək xəstəliyi olanlar üstünlük təşkil edir. Daha əvvəl böyrəkləri ilə bağlı narahatlığı olan şəxs sağlam insanla müqayisədə koronovirusu fərqli keçirmir. Lakin daha əvvəl böyrək narahatlığı olan şəxs bir neçə dəfə koronavirusa yoluxarsa, xəstəliyi ağır keçirmə riksi yüksəkdir. Bəzi böyrək daş xəstələri zamanla inkişaf etmiş mərhələ böyrək xəstəliyinə çevrilə bilər. Hətta böyrək daşı olan xəstələrin də bir qismi zaman keçdikcə böyrək xəstəsi ola bilər. Əgər böyrək daşınız varsa və böyrəkləriniz yaxşı işləyirsə, risk daha azdır. Burada vacib olan məqam böyrək çatışmazlığının xəstəliyə görə inkişaf edib etməməsidir. \\Teleqraf