Bosniya və Hersoqovinada Lavrovu qəbul eləmədilər

432

Hurriyyet.org xəbər verir ki, Bosniya və Hersoqovina Prezidiumunun bosniyalı üzvü Şefik Caferoviş ilə xorvat üzvü Jeljko Komşiç Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova qarşı görünməmiş etiraz nümayiş etdiriblər – onlar Lavrovla görüş təklifini rədd ediblər.Lavrov dünən Bosniya və Hersoqovinaya səfər edib.

Komşiç ilə Caferoviç bildiriblər ki, RF XİN rəhbərinin Deytonsk razılaşması ilə bağlı səsləndirdiyi açıqlama Bosniyanın mövqeyinə ziddir.

Komşiç jurnalistlərə açıalqmasında deyib: “Cənab Lavrovun dünyanın ilk üçlüyündə olan diplomatlardan biri olması hər kəsə bəllidir. Bu cür təcrübəsi olan adamın bütün addımları əvvəlcədən planlaşdırılır. Onun Bosniya və Hersoqovinaya gəldiyi andan gördüklərimiz təmsil elədiyi ölkənin siqnallarıdır”.

Onun sözlərinə görə rusiyalı nazirin ölkənin hissələrindən birinin – Serbiya Respublikasının hərbi neytrallığı barəsindəki qətnaməni dəstəkləməsi bu barədə qərarların yalnız Bosniya və Hersoqovinanın mərkəzi hakimiyyətinin qəbul edə bilməsi qanununa ziddir. Bundan başqa, dünən Lavrovla Prezidiumun serb üzvü Milorad Dodikin görüşü zamanı Bosniya və Hersoqovinanın dövlət bayrağı və başqa bir dövlət rəmzinin olmaması Komşiç ilə Caferoviçi hiddətləndirib.

Komşiç deyib: “Biz Rusiya ilə dost münasibətlərin olmasını istəyirik, lakin onların Bosniya və Hersoqovinanın institutlarına hörmət etməsini də istəyirik”. Caferoviç də Komşiçin bu mövqeyini dəstəkləyib.