Bölünməz bütövlükdə Şah İsmayıl Səfəvi izi

213

Dərbənddən Həmədana, Göyçə gölünün şimalından Xəzər dənizinədək uzanan çoğrafiyada yaşayan çoxsaylı türk tayfalarının vahid etnos kimi formalaşması prosesində Şah İsmayıl Səfəvi qədər müstəsna rol oynayan tarixi şəxsiyyət olmadığı kimi, bu prosəsə Səfəvilər Dövləti qədər də tövhə verən tarixi hadisə olmamışdır.

Səfəvilər Dövləti vahid etnosun formalaşmasını təmin edən bütün zəruri şərtləri malik idi. Bu şərtlər çoxsaylı olsa da, onların arasında həlledici əhəmiyyətə malik olanları qismində mərkəzləşmiş vahid dövlətin  yaranması və 235 il ərzində mövcud olması, türk dilinin dövlət dilinə çevrilməsi və birləşdirici vahid dini-siyasi cəryanın mövcud olmasını qeyd edə bilərik.

Mərkəzləşdirilmiş dövlətin yaranması və 235 il ərzində mövcud olması ilə Dərbənddən Həmədana, Göyçə gölünün şimalından Xəzər dənizinədək uzanan çoğrafiyada yaşayan çoxsaylı türk tayfalarının pərakəndəliyi başa çatdı və sabit tarixi birlik təmin edildi. Səfəvi Dövlətinin yaranması türk tayfalarının bu çoğrafiyada daha köklü yerləşməsini və möhkəmlənməsini təmin etdi.

Dövlətin idarə olunması və təhlükəsizliyinin təmin olunması üçün türk tayfalarının ölkənin hüdudadları daxilində müxtəlif ərazilərə yerləşdirilməsi və idarə etmənin onlara həvalə edilməsi çox böyük tarixi əhəmiyyətli hadisəyə çevrilərək vahid etnosun formalaşmasına müstəsna təsir etdi. Bu prosesin əsası cənnətməkan Şah İsmayıl Səfəvinin hakimiyyəti zamanı qoyulsa da, I Şah Təhmasib, II Şah İsmayıl və Məhəmməd Xudabəndənin hakimiyyətləri illərində də davam etdirildiyi üçün şamlı, ustaclı, təkəli, türkman, qacar, bayat, əfşar, zülqədər və digər türk tayfalarının bu çoğrafiyada üstünlüyü və hakimiyyəti tam təmin edildi.

I Şah Abbas Mazandaran və Fars bölgələrində dövlətin dayaqlarını türk etnoslarının hesabına möhkəmləndirmək üçün Qarabağdan və Azərbaycanın digər ərazilərindən türk tayfalarının bir hissəsini həmin ərailərə köçürməsi isə vahid etnosun formalaşması ilə yanaşı çox geniş bir çoğrafiyanın Azərbaycan türklərinin vətəninə çevrilməsinə səbəb olmuşdur.

Səfəvi Dövlətinin qurucularının özlərinin etnik mənşəyi, türk kimlikləri ilə açıq-aşkar qürur duymaları, bütün tarix boyu ilk dəfə dövlət idarəçiliyindən digər xalqların kənarlaşdırılması və dövləti idarəçiliyində türk tayfalarının söz sahibi olması Dərbənddən Həmədana, Göyçə gölünün şimalından Xəzər dənizinədək uzanan çoğrafiyada yaşayan çoxsaylı türk tayfaların birliyini siyasi faktora çevirərək vahid etnos kimi formaşmasını təmin edən önəmli faktor olmuşdur. Bu baxımından Səfəvi Dövlətində yüksək mövqeli mülki, dini və hərbi vəzifələrə yalnız türklərin təyin edilməsi böyük tarixi əhəmiyyətə malik hadisə idi.

Şah İsmayıl Səfəvinin doğma dilini, türk dilini dövlətin rəsmi yazışma dilinə çevirməsi, zədaganlar arasında təşviq etməsi və fars dilini sıxışdırması doğma türkcəni Dərbənddən Həmədana, Göyçə gölünün şimalından Xəzər dənizinədək uzanan çoğrafiyada türk dilinin ən işlək dilə çevirdi. Şah İsmayılın Xətai təxəllüsü ilə doğma türk dilində şeirlər yazması, türk dilində yazan şairləri himayə etməsi ədəbiyyat dilinin fars dili olması haqqında əsrlərlə mövcud olan yanlış düşüncələri dağıtdı. Məhz Şah İsmayılın dövlət işlərində və cəmiyyət həyatında türk dilinin rolunu önə çəkməyi özünün siyasi maraqlarından birinə çevrilməsinin nəticəsi olaraq doğma dilimiz hakim dilə çevrildi və xalqımızın mədəni intibahının yolunu açdı.

Səfəvilər Dövlətin paytaxtı kimi türklərin əsas şəhəri olan Təbrizin seçilməsi bu dövlətin tarixi-siyasi mahiyyətini artırmaqla yanaşı Azərbaycan xalqının vahid etnos kimi formalaşmasına çox mühüm təsir edən siyasi faktor olmuşdur. Heç şübhəsiz ki, Təbrizin əvəzinə Tehran və ya başqa bir şəhərin paytaxt seçilməsi halında Səfəvilər Dövlətin Azərbaycan xalqının vahid etnos kimi formalaşmasındakı rolu tam ola bilməzdi.

Bir xalqın formalaşmasında vahid siyasi, iqtisadi və mədəni paytaxtın mövcudluğu çox önəmli faktorlardan biridir. Vahid etnos kimi formalaşan toplumların tarixində bu fktorun rolunu aydın görmək olar. Azərbaycan xalqını formalaşdıran türk tayfaları tarixin səhnəsinə çıxdığı andan Təbriz şəhəri onların həyatında önəmli faktora çevrilərək mayak rolunu oynamışdır. Bu amili hətta Səfəvilər Dövlətinin yaranmasından əvvəl, Təbrizin paytaxt elan olunmasından əvvəlki tarixin bütün dönəmlərində aydın görmək olar.

Şah İsmayıla, Səfəvilər Dövlətinə qarşı qərəzli tənqidlərin əsasında İslamın Şiə məzhəbini dövlətin dini olaraq seçməsi göstərilir.

Halbuki, İslamın Şiə məzhəbinin hakim din olaraq qəbul edilməsinin Azərbaycan xalqının vahid etnos kimi formalaşmasında oynadığı rol Xristinalığın Provslav məzhəbinin rusların vahid etnos kimi formalaşmasında oynadığı rol qədər önəmli olmuşdur.

Əlbətdə, İslamın Şiə məzhəbinin hakim dini siyasət kimi seçmiləsi bu günün sosial şərtlərindən baxdıqda müəyyən zorakılıqlarla müşaiyyət olunmuşdur. Lakin bu məqam prosesin önəminə kölgə sala bilməz.

Eyni zamanda unutmaq lazım deyil ki, Azərbayanda İslam dinin yayılmasından sonra yaranan çox saylı təriqətlər kimi həm də siyasi mahiyyət daşıyan Şiəlik də həm ərəbləşməyə qarşı yönələrək İslam Xilafətinin dini-siyaai və mədəni təsirlərindən qorunmağa xidmət edirdi.

Əgər belə olmasaydı Səfəvilər Dövlətinin yaranması o zaman Azərbaycanda mövcud olan dini-siyasi cəryanların dəstəyini qazana bilməzdi. Onu da unutmaq olmaz ki, Şiəlik İslam dinin məzhəblərindən biri olsa da Azərbaycan xalqının min illərdən gələn dini dünyagörüşünün elrmentlərini, o cümlədən də hülul etiqadının təsirlərini daşıyırdı.

Səfəvilər Dövlətinin yaranması və 235 il ərzində mövcud olması Dərbənddən Həmədana, Göyçə gölünün şimalından Xəzər dənizinədək uzanan çoğrafiyada yaşayan çoxsaylı türk tayfalarının vahid etnos kimi formaşması prosesində elə bir müstəsna rol oynamışdır ki, bu dövlətin süqutundan 12 il sonra Azərbaycanın çoxsaylı xanlıqlara bölünməsi və daha sonra iki böyük imperaya tərəfindən işğal olunması da Azərbaycan xalqının bütövlüyünü poza bilmədi.

Xəqani Cəfərli,

Politoloq