Bolton rahib Bransonun necə azad edildiyini söyləyib

60

Hurriyyet.org xəbər verir ki, Türkiyədə dərc edilən “Cumhuriyet” qəzetinin saytında ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun müsahibəsi dərc edilib. O, jurnalist İbrahim Haskaloğluna müsahibəsində ABŞ casusu olan Rahib Endrü Bransonun azadlığa buraxılması məsələsinə toxunub və Türkiyə Prezidenti R.T.Ərdoğanın məcburiyyət qarşısında qalaraq, Bransonu ABŞ-qa ekstradisiya elədiyini söyləyib.

İki illik müşavirlik dövründə Türkiyə ilə bağlı Halkbank, rahib Branson, FƏTÖ, Suriya, F-35 və S-400 məsələlərində qərar mərhələsində təsir gücünə malik şəxs olan Con Bolton Türkiyənin Rusiya ilə əldə elədiyi S-400 razılaşmasından narahat olduqlarını, bu müdafiə komplekslərinin Rusiyaya qaytarmaq lazım gəldiyini deyib.

Bolton müşavir vəzifəsində iki il işlədikdən sonra Tramp onun istefa verməsini tələb eləmişdi.