Bolqarıstanda koronavirusa yoluxanların sayı artmaqda davam edir

33

Bolqarıstanda sutka ərzində 135 yeni koronavirusa yoluxma qeydə alınıb.

AZƏRTAC Bolqarıstanda COVID-19-la əlaqədar yaradılan operativ qərargaha istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 14500-ə çatıb. Ötən müddət ərzində 9442 nəfər sağalıb, 512 nəfər ölüb. Xəstəxanalarda 768 nəfər müalicə alır ki, onlardan da 56-sı reanimasiyaya yerləşdirilib. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalinin sanitar normalara riayət etməyə çağırır.