Bölgədə hər şey yenidən başlayır – SÜKAN TÜRKİYƏNİN ƏLİNDƏDİR

66

Hurriyyet.org xəbər verir ki, Türkiyədəki Enerji İqtisadiyyatı Assosiasiyasının sədri professor  Gürkan Kumbaroğlu koronavirus epidemiyasından sonra Şərqi Aralıq dənizində vəziyyətin keçmişdəki kimi olmayacağını bildirib. “Türkiyə Qazete”sinin yazdığına görə, əcnəbi şirkətlərə fürsət yaradacaq yeganə ölkənin Türkiyə olduğunu söyləyən Kumbaroğlu deyib: “ABŞ-ın İsraildəki  Leviathan mədənində istehsal elədiyi təbii qazın Türkiyənin qurudakı boru xəttlərindən Avropaya daşınması mümkündür. Hətta bu, Kovid-19 pandemiyasından sonra yeganə variant olaraq qalıb”.

Enerji şirkətlərinin çətin vəziyyətdə olduğunu, dənizlərdə hidrokarbon axtarmağın maliyyə riski daşıdığını söyləyən Kumbaroğlu deyib: “Bütün bunlar Türkiyənin Liviya razılaşması ilə Mavi Vətənə hüquqi əsas qazandırdığı dövrə təsadüf etdiyindən Cənubi Kipr Yunan Respublikasının “qondarma” “sahələrində” axtarış aparan əcnəbi şirkətlər bölgəni tərk eləməyə başlayıb. Böyük qazanc, kiçik risk təminatı olmadan o şirkətlər oraya dönməyəcəklər”.

Kumbaroğlu, Türkiyə kimi enerji istehlakçısı olan ölkələrin neftin ucuzlaşmasından faydalanacağını söyləyərək deyib: “Kovid-19 resessiyaya səbəb olmaqla yanaşı, Türkiyə üçün fürsət ola bilər. Mövcud kəsiri azaltmaq, enerji xərclərini aşağı salmaq üçün bu vəziyyəti qiymətləndirmək lazımdır. Çinə qarşı təzyiqlər də Türkiyə sənayesi üçün fürsətdir. Neftin ucuzluq dövü hələ iki il də davam edə bilər”.

Hurriyyet.org