Böhranın səbəbi Liviyada yatır: Yunanıstanın fəryadını Parisdə dəstəklədilər

207

Hurriyyet.org xəbər verir ki, Ankara Universitetinin siyasi elmlər fakültəsinin hüquq fakültəsinin rəhbəri professor Sertaç Hami Başeren Aralıq dənizindəki siyasi oyunlardan bəhs edən məqaləsində yazıb: “Oruç Rəis” gəmisinin araşdırmaları ilə bağlı Yunanıstanın qopardığı fəryad Parisdə dəstək tapdı. Bu dəstək Yunanıstanın iddialarının haqlı olmasından irəli gəlmir. Fransanın yunanların təlaşını dəstəkləməsinin səbəbi Liviyada yatır”.

“Beynəlxalq ictimaiyyətin rəsmən tanıdığı Milli Barışıq Hökuməti və baş nazir Fəyyaz Sərracı dəstəklədiyini bildirən Fransa öz hədəflərinə çatmaq üçün Triploini ələ keçirmək istəyən qiyamçı general Xəlifə Həftəri dəstəkləyib. Fransızlar hazırda Türkiyənin Liviyadakı varlığının səbəblərindən biri olan Türkiyə-Liviya Dəniz Səlahiyyəti Sahələri razılığının pozulmasına çalışırlar. “Oruç Rəis”in araşdırma meydanı səbəbindən yenidən meydana çıxan qarşı tərəfdəki Meisə istinadən qeyri-hüquqi yunan qitə şelf sahələri iddilarını da buna görə dəstəkləyir. Bu isə kor dalandır. Fransa təlaşlanır və xəta edir”.

“Kimin haqlı olduğu Fransa üçün əsas deyil. Türkiyə ilə Liviya arasında imzalanan dəniz səlahiyyəti andlaşmasını, Türkiyənin Liviyadakı varlığını milli mənafeyinə zidd hesab elədiyi üçün bunun sona çatmasına çalışır”.

Hurriyyet.org