BNA-nın inzibati məsuliyyətə cəlb etmək kimi səlahiyyəti varmı?

69

Ötən gün Bakı Nəqliyyat Agentliyi açıqlama yayaraq bildirdi ki,  Agentliyi şöbə müdiri Hikmət Babayev tərəfindən verilən açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirir və onunla bağlı müvafiq inzibati tədbirlərinin həyata keçirildiyini bəyan edirik. Bəs görəsən, BNA-nın hüquqi baxımdan inzibati məsuliyyətə cəlb etmək kimi səlahiyyəti varmı?

Keçmiş prokuror əməkdaşı, hüquqşünas Şamil Paşayev bildirir ki, BNA-nın bu mövzuda inzibati məsulliyyətə cəlb etmə kimi səlahiyyəti yoxdur:

“Bakı Nəqliyyat Agentliyində da normal hüquqşünas yoxdur. Yazılan mətn biyabırcı, vətəndaşı aldatmağa yönələn və hüquqa həqarətdi. BNA rəsmi bəyan edib ki, Hikmət Babayev barədə inzibati tənbeh tədbirləri həyata keçiriləcək.

1-ci BNA-nın bu mövzuda inzibati məsulliyyətə cəlb etmə səlahiyyəti yoxdu.

2-ci “mənasız danışmaq” inzibati məsuliyyət yaratmır.

3-cü işçi barədə intizam məsuliyyətinə cəlb etmə qərarı qəbul edilə bilər, amma sərsəmləməyə görə intizam məsuliyyəti də düşmür.

Hikmət BNA-nın iç üzün açdı göstərdi, özü də bilmədən. Problem Hikmət deyil, problem səriştəsiz BNA-dır.

Yalandan guya kimsə cəzalanacaq imitasiyası etmək əvəzinə, inhisarçı, haqsız rəqabət yaradacaq təklifi ləğv və rədd edin”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin 2 gün əvvəl efirdə səsləndirdiyi “taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikirləri böyük etiraza səbəb olub.