BNA: Heydər Əliyev prospektindəki tıxac ekspress xətlərin hərəkətinə təsir edib

60

Heydər Əliyev prospekti kənar yol (şəhər istiqaməti) tunelidə hadisə baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda yolda sıxlıq müşahidə olunur.

Məlumatda bildirilib ki, bu yoldan 1. 13 və 38 nömrəli müntəzəm və M1, M1 A, M2, M2 A, M3 və M8 ekspres xətləri üzrə avtobuslar keçir.

Sıxlıq bu xətlər üzrə avtobusların intervalına təsir edir.