BMT TŞ ABŞ-ın qətnamə layihəsini qəbul etmədi

    6

    BMT Təhlükəsizlik Şurası ABŞ-ın gündəliyə daxil etdiyi və xüsusilə də HƏMAS qruplaşmasının pislənməsini nəzərdə tutan Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnamə layihəsini dəstəkləməyib.

    Hurriyyet.org xəbər verir ki, layihənin lehinə yalnız Birləşmiş Ştatlar səs verib.

    Şuranın Rusiya da daxil olmaqla 3 üzvü sənədin əleyhinə səs verib, 11 ölkə bitərəf qalıb.

    "Layihə qəbul olunmur, çünki o, tələb olunan sayda səs toplamadı", – deyə TŞ-nin sədri, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib./report/