BMT dünyaya xəbərdarlıq etdi – İKİ BÖYÜK TƏHLÜKƏ VAR!

    21

    Hurriyyet.org xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterres çıxışında deyib: “Körfəzdə nəticələrinə qatlaşa bilməyəcəyimiz narahatlıqverici silahlı toqquşma ehtimalı ilə üzbəüzük”.

    O, ABŞ-Çin arasındakı ticarət müharibəsi ilə bağlı isə bunları söyləyib: “Böyük bir parçalanmadan qorxuram. Dünya iki yerə bölünür. Dünyanın iki ən böyük iqtisadiyyatı öz pul vahidləri, ticarət və maliyyə qaydaları, öz internetləri, süni zəkaları və uğur səviyyəsi sıfıra bərabər olan geosiyasi və hərbi strategiyaları ilə bir-biri ilə rəqabətdə olan iki ayrı dünya yaradır”.

    Hurriyyet.org