BMT xəbərdarlıq etdi! Hər gün 150 km irəliləyirlər

543

Hurriyyet.org xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FOA) Afrikanın şərqində yeni səhra çəyirtkəsi istilasının başlana biləcəyi barəsində xəbərdarlıq edib.

Təşkilatın yazılı açıqlamasında yeni çəyirtkə sürülərinin Efiopiya, Keniya və Somalinin müxtəlif bölgələrində yayılmağa başladığı və bu ay ərzində Cənubi Sudan, Tanzaniya və Uqandaya çata biləcəyi bildirilir.

Açıqlamada çəyirtkələrin nəzarət altına alınması və çoxalmasının qarşısını almaq üçün ölkələrə çağırış edilir, Qrımızı dənizin digər sahilində də bu həşəratların artımaqda olduğu vurğulanır.

Ərzaq təhlükəsizliyinə böyük təhdid yaradan çəyirtkə sürüləri ötən il regionda yüzminlərlə hektar əkin sahəsinə zərər vermişdi.

Bir kvadrtkilometr ərazini tutan 40-80 milyon çəyirtkə yalnız bir gündə 35 min nəfərə çatacaq ərzağı məhv edir.

Çəyirtkə sürüləri hər gün 150 km məsafə qət edə bilirlər.