BMT TŞ Rusiyanın təklifini RƏDD ETDİ

42

Hurriyyet.org xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Rusiya Türkiyə vasitəsilə təkcə Cilvegözü sərhəd məntəqəsinin qarşısındakı Babülhavadan 6 ay boyunca BMT yardımları üçün istifadə edilməsini nəzərdə tutan qanun layihəsini rədd edib. Qanun layihəsinin rədd edilməsinin səbəbi lazım olan 9 səsi toplaya bilməməsi olub. ABŞ, Fransa, İngiltərə, Almaniya, Belçika, Estoniya və Dominikan Respublikası qərara qarşı çıxıb. Tunis, Nigeriya, İndoneziya və Sant-Vinsent bitərəf qalıb. Rusiya, Çin, Vyetnam və Cənubi Afrika Respublikası qanun layihəsini dəstəkləyiblər.

Dünən Rusiya ilə Çin Suriyada 3 milyon nəfərə qədər insana beynəlxalq yardımların göndərilməsinə imkan verən mexanizmin yenilənməsi qərarına veto qoymuşdu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 2014-cü ildən bəri Suriyaya xaricdən yardımların edilməsinə şərait yaradan və 10 iyul tarixində müddəti başa çatmış mexanizmin yeniləmək üçün məsələni səsə qoymuşdu.

Mövcud BMT TŞ qərarına görə, Suriyaya təkcə Türkiyə vasitəsilə 2 sərhəd məntəqəsindən – Öncüpınar qarşısındakı Babüsselame və Cilvegözü qarşısındakı Babülhava məntəqələrindən beynəlxalq yardımlar edilə bilir.

Rusiya ilə Çinin vetosunun ardından mexanizmin müddəti 10 iyul tarixində bitdikdən sonra, başqa bir qərar verilməyəcəyi təqdirdə, adı çəkilən 2 sərhəd məntəqəsi yardım karvanlarına bağlı olacaqdır.

Hurriyyet.org