BMT-nin qərarı: “Rusiya hərbçilərini dərhal Krımdan çıxarmalıdır”

507

Hurriyyet.org xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiyanın bütün hərbçilərini dərhal Krımdan çıxarması və Ukrayna ərazisini müvəqqəti işğal eləməsini dərhal dayandırması çağırışı edib.Qərarda Krımın və Sevostopol şəhərinin Rusiya tərəfindən işğal edilməsi, Krımın zorla ələ keçirilməsinin qanunsuz olması və beynəlxalq hüququn pozulduğu bildirilir.

193 üzvü olan Assambleyada səsə qoyulan qərar 17 nəfər əleyhinə, 63 nəfər lehinə olmaqla qəbul edilib, 62 nəfər isə bitərəf qalıb.

Qərarda Krımın Rusiya tərəfindən getdikcə artan vüsətlə hərbiləşdirilməsindən narahatlıq bildirilib, krımlıların Rusiya tərəfindən icbari hərbi xidmətə çağırışlması pislənib.

BMT Baş Assambleyası 2019-cu ildə də Krımla bağlı bənzər qərar qəbul eləmişdi.