BMT Liviyadakı tərəflərin razılaşması barəsində açıqlama verdi

69

Hurriyyet.org xəbər verir ki, BMT-dən verilən açıqlamada deyilir: “Liviyada qərb və şərq tərəfləri cəbhə xəttində sakitliyin qorunması və hərbi gərginliyin artmasının qarşısının alınması məsələsində razılaşıblar”.

Xəbər verildiyi kimi, bu günlərdə Liviyada daimi atəşkəs təmin eləmək məqsədi ilə Cenevrədə 5+5 formatında Birgə Hərbi Komitə görüşlərinin dördüncü turu başlanmışdı.

Liviya üzrə xüsusi nümayəndə olan Vilyams tərəflər arasındakı danışıqların aralarındakı quru və hava yollarını yenidən açmağı qəbul elədikdən sonra daimi atəşkəsin təmin edilməsi məsələsində “olduqca optimist” olduğunu söyləyib.