BMT “İtkin düşmüşlər” adlı 8 qətnamə qəbul etdi – Azərbaycanın təşəbbüsü ilə

18

BMT-nin Baş Assambleyası Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin təşəbbüsü ilə “İtkin düşmüşlər” adı altında 8 qətnaməni qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilib.

“Bu sənəd beynəlxalq humanitar hüquq öhdəliklərini təsdiqləyir, həmçinin hərbi münaqişədə iştirak edən dövlətləri insanların itkin düşməsini qarşısını almaq üçün bütün tədbirləri görməyə çağırır”, – məlumatda vurğulanıb.