“BMT Ermənistanın hüquqi məsuliyyətini müəyyən etməli idi….” – Fərəc Quliyev

57

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin Avronest PA-dakı nümayəndə heyətinin keçmiş üzvü, sabiq deputat Fərəc Quliyev BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzaiyə müraciət edib. Muxalifet.az həmin müraciət olduğu kimi dərc edir:

Tanışlıq üçün:

– Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskasa;

– Avropa Şurasının Bakı Ofisinin rəhbəri cənab Zoltan Hernyesə;

– ATƏT-in Fəaliyyətdə olan Sədri Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə Naziri cənab Miroslav Layçaka;

– ATƏT Minsk qrupu üzvləri: ABŞ, Fransa,  Rusiyanın Azərbaycandakı səfirlərinə .

Azərbaycan ölkəmizə, bölgəyə, köhnə qitəyə olan təhdidi təkbaşına aradan qaldırmaqda bütün büynəlxalq təşkilat və dövlətlər tərəfindən dəstək almaq əvəzinə örtülü və açıq təziqlərlə, hədələrlə qarşılaşır.

Sözdə beynəlxalq konvensiyalara, hüquqa hörmətdən danışan, əməkdaşlıq və dinc yanaşı yaşam və inkişafı təşviq edənlər seleksiya siyasətindən əl çəkmədən siyasi riyakarlıq edirlər. Azərbaycanı bu platformalarda görmək istəyənlər anlamalıdırlar ki, Azərbaycanın torpaqları işğal altında qaldıqca nəinki ermənilərlə, ümumiyyətlə bölgədə etimad quruculuğu və əməkdaşlıq tədbirləri mümkün deyil. Deməli, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz və eləcə də Şərqi Avropa məkanında təhlükəsizlik baxımından ən mühüm məsələlərdəndir. Silahlanma yarışı, Türkiyə- Ermənistan münasibətlərinin inkişafının əngəllənməsi, Cənubi Qafqazdan keçən enerji dəhlizi üçün potensial təhlükə Azərbaycana qarşı Ermənistanın ədalətsiz müharibə etməsi,ərazilərimizin işğalı ilə bağlıdır. Bu müharibə nəinki region ölkələrini, o cümlədən Aİ və Qərbin maraqlarını təhdid edir.

BMT Dağlıq Qarabağ problemi ilə bağlı 1993-cü ildə qəbul etdiyi qətnamələrdə mövqeyini müəyyənləşdirmiş və həmin sənədlərdə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçkünlərin öz torpaqlarına geri qaytarılmasını tələb etmişdir. Lakin bu tələblərin həyata keçməsi üçün ciddi səy göstərilməmişdir. 27 illik status-kvo Azərbaycan torpaqlarının işğalının davamına xidmət etmişdir. Dağlıq Qarabağ münaqişəsi kontekstində beynəlxalq ictimaiyyət “qanuniləşdirilmiş işğal” vəziyyəti ilə üzləşmiş, Minsk qurupu həmsədrləri isə beynəlxalq hüquqa riayət olunmasının vacibliyinə istinad etməmişlər. Belə halda BMT Təhlükəsizlik Şurası beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsinin qəbuledilməz olduğunu bəyan etməli, bu beynəlxalq normanı pozduğuna görə Ermənistanın hüquqi məsuliyyətini müəyyən etməli idi.

Ermənistanın beynəlxalq qanunlara və ictimaiyyətə belə saymaz və hörmətsiz davranışı hüquqi qiymətini almalı,ədalətli status-kvonun bərpası üçün məcburi icra yolu müəyyən edilməli idi. Beynəlxalq təşkilatların indiyə qədər qəbul etdiyi bütün sənədlərdə göstərilir ki, dondurulmuş münaqişələr iqtisadi və sosial inkişafa maneədir və Cənubi Qafqazın yaşayış standartları,eləcə də Avropa Qonşuluq Siyasətinin Şərq tərəfdaşlığının tam inkişafını mürəkkəbləşdirir. Münaqişələrin həll edilməsi Aİ qonşuluğunda sabitlik üçün zəruridir. Sabitlik, ədalətin zəfəri, qanunun aliliyi naminə BMT tərəfindən qəbul olunan qətnamələrin icrası kifayətdir və mümkündür.

BMT nizamnaməsində qəbul edilmiş qətnaməlrin icrası üçün retitusiya və reparasiya formasında fəaliyyət mümkün olsa da nə hərbi, nə də qeyri –hərbi sanksiyalardan istifadə olunmamışdır. Milli dövlətlərin üzv olduğu istənilən Beynalxalq təşkilatda təkcə təhəddüd deyil, həm də hüquqları vardır. Beynalxalq təşkilatların da təkcə hüququ deyil, həm də öhdəlikləri vardır. Azərbaycanın hüquqlarına tam hörmətsizlik olunub. Ermənistanın beynəlxalq qanunlara və ictimaiyyətə saymaz və hörmətsiz davranışı hüquqi qiymətini almamış, ədalətli status-kvonun bərpası üçün məcburi icra yolu müəyyən edilməmiş, son dövrlərdə yeni Azərbaycan ərazilərini işğal etmək üçün yeni müharibə strategiyası elan etməsi də susqunluqla qarşılanmışdır. Bu susqunluq və cəzasızlıq Ermənistanı Azərbaycana qarşı daha da aqressiv hərəkətlərə ruhlandırmış,atəşkəsi pozan Ermənistan hətta cəbhə bölgəsindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini intensiv olaraq atəşə tutaraq uşaqlar da daxil olmaqla xeyli dinc əhalini qətlə yetirmişdir.

BMT-nin qəbul etdiyi qətnamələrini icra etməməsi, 27 illik susqunluğu təkcə 1994-cü ildən sonra Ermənistanın ən müxtəlif yollarla –snayper,oyuncaq bomba və s. vasitələrlə minlərlə insanının qətlə yetirilməsinə səbəb olmuşdur.

Güman edirdik ki, xüsusən son hadisələrdən sonra BMT Təhlükəsizlik Şurasının yeni səylərində bir çox redaktələr olacaqdır. Cənubi Qafqazda sabitlik məqsədilə Ermənistana təsir mexanizmi və məcburi icra yolu müəyyən etmək gözlənilən idi. Amma BMT Təhlükəzislik şurasının son toplantısında həyata keçirilməsinə cəhd olunan bəyanat layihəsi bu quruma olan etimadı daha da zəiflətdi.

Azərbaycan artıq bu təhdidi təkbaşına aradan qaldırır. BMT-nin 1993-cü ildə qəbul edilmiş qətnamələrininin bir neçəsi həyata keçirilmişdir. Bütün qətnamələrin yaxın bir müddətə həyata keçiriləcəyinə heç kim mane ola bilməz. BMT-nin yekdilliklə tanıdığı sərhədlərimiz daxilində suverenliyimiz ,ərazi bütövlüyümüz təmin ediləcəkdir. Bu missiyada BMT də öz üzərinə düşənləri ləngimədən həyata keçirməlidir:

– BMT qətnamələrini həyata kecirmək üçün aparılan sülhə məcbur etmə və terrorizmə qarşı mübarizədə bütün xərclər müəyyənləşməli və Azərbaycana ödənməlidir;

– Bundan sonra aparılacaq əməliyyatlar üçün ilkin vəsait ödənməsi təmin olunmalıdır;

– Azad olunmuş ərazilərdə minadan təmizlənmə içləri üçün Azərbaycana vəsait ayrilmalıdır;

– BMT qətnamələrini həyata keçirərkən tibbi ləvazimata olan tələbat ödənməlidir:

– BMT qətnamələrini həyata keçirərkən Ermənistan tərəfindən cəbhə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrimiz ballastik raketlərlə vurulmuşdur. Dağıntıların bərpası üçün komissiya göndərilməli və Azərbaycan tərəfin mütəxəssisləri ilə birgə zərər hesablanmalı və BMT-nin müvafiq strukturları bərpa üçün vəsait ayırmalıdır;

– BMT tərəfindən qəbul olunmuş qətnamələr 27 il müddətində bu qurumun məsuliyyətsizliyindən icra edilmədiyindən bu dövr ərzində Ermənistan işğal etdyi ərazilərdə bütün infrastrukturu məhv etmiş və ya Ermənistana daşımışdır. Azad olunmuş ərazilərimizdə insanları yurdlarına qaytarmaq üçün bərpa işlərinə başlanılmışdır.BMT bu işlərin görülməsi üçün vəsait ayırmalıdır (sonradan bu vəsaiti BMT Ermənistandan müəyyən müddət ərzində ala bilər);

– Azad olunmuş ərazilərimizdə bərpaya qədər dağıntıların miqdarı və mədənlərimiz,təbii sərvətlərimizin talanması ilə baglı Azərbaycanın bu istiqamətdə yaradılmış xususi komisiyası ilə əməkdaşlıq edərək Ermənistanın verəcəyi təzminatı müəyyən etməlidir;

– BMT qətnamələrini həyata keçirərkən hər hansı üçüncü dövlətin prosesə mane olma cəhdinin beynəlxalq hüquqa zidd olduğunu bəyan etməlidir;

– Təcavüzkar dövlət olan Ermənistanın müxtəlif yollarla silahlandırılmasının BMT qətnamələrinin həyata keçirilməsinə mane olduğu bəyan olunmalı və belə hallara son qoyulması çağırışı edilməlidir.

Sayğılarımla Fərəc Quliyev