BMT-dən təşvişli koronavirus açıqlaması: 25 milyon adam işsiz qala bilər

36

Hurriyyet.org xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterres yeni tipli koronavirus pandemiyası səbəbindən planetin II Dünya müharibəsindən bəri ən çətin böhranla  üzbəüz olduğunu və 25 milyon insanın işsiz qala biləcəyini bildirib.

Quterres epidemiyanın sosial-iqtisadi təsirləri ilə bağlı hesabat hazırlayıb. Pandemiyanın bütün dünyanı təhdid elədiyini və bundan əvvəlkilərə bənzəməyən iqtisadi böhrana səbəb olacağını bildirən Quterres deyib: “Bu, II Dünya müharibəsindən sonra qarşılaşdığımız ən ağır böhrandır. Bu böhranın öhdəsindən yalnız  siyasi oyunları bir kənara qoyaraq gələ bilərik. BMT aşağı və orta gəlirli ölkələrin epidemiya ilə və onun səbəb olduğu siyasi-iqtisadi şoklarla mübarizəsinə dəstək üçün çox ortaqlı yeni bir fond qurur”.

Quterres epidemiyanın xüsusilə Afrika qitəsi üzərindəki təsirlərindən narahat olduğunu bildirərək, G-20 ölkələrinə diqqəti Afrikaya yönəltməyə çağırıb. Baş katibin bəyan elədiyi hesabata görə,  Beynəlxalq Əmək Təşkilatı 5-25 milyon arasındakı insanın işsiz qala biləcəyini və 860 milyard-3,4 trilyon dollar gəlir itkisi baş verə biləcəyini proqnozlaşdırıb.

Koronavirus üzündən 166 ölkədə təhsil dayandırılıb, 1,52 milyard şagird və tələbə,  60,2 milyon müəllim real təhsilə fasilə verib.

Hurriyyet.org