“Blumberq”: “Tramp 9 mindən çox amerikalı hərbçini Almaniyadan çıxaracaq”

30
FILE PHOTO: Germany's Chancellor Angela Merkel and U.S. President Donald Trump hold a joint news conference in the East Room of the White House in Washington, U.S., March 17, 2017. REUTERS/Jonathan Ernst/File Photo - RC12CD2C6BA0

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp cari ilin sentyabr  ayına qədər 9,5 min amerikalı hərbçini Almaniyadan çıxarmağı qərara alıb. Adının açıqlanmasını istəməyən mənbənin “Blumberq” (“Bloomberg”) nəşrinə açıqlamasına görə, Almaniya kansleri Angela Merkel ilə ABŞ prezidenti arasında AFR-in hərbi xərcləri ilə bağlı uzun illər boyunca gərginlik mövcud olub.

Mənbənin sözlərinə görə, Merkelin Trampın Vaşinqtonda keçirməyi planlaşdırdığı “Böyük yeddilik” sammitində iştirak eləməmək qərarının ABŞ hərbçilərinin Almaniyadan çıxarılması planına heç bir təsiri olmayıb.

Artıq çoxdandır ki, ABŞ prezidenti Almaniyadakı amerikalı hərbçilərin sayının azaldılması məsələsini Ağ Evdə müzakirə edir. Hazırda AFR-da 34,5 min nəfərə yaxın amerikalı hərbçi vardır, onların sayının 25 min nəfərə qədər azaldılması gözlənilir.

Mənbə deyib: “ABŞ-ın müttəfiqləri hərbi xərcləri artırıblar. Bunun sayəsində xaricdəki ABŞ hərbçilərinin sayını ixtisar eləmək mümkün olacaqdır”.

Hurriyyet.org