“Bloomberg” və “Reuters”: “Türkiyə Qaradənizdə enerji yatağı tapıb”

22

Hurriyyet.org xəbər verir ki, “Blumberq” informasiya agentliyi Türkiyənin Qara dənizdə enerji mənbəyi aşkar elədiyini, bu yatağın “böyük ehtimalla təbii qaz” mədəni olduğunu bildirib. “Blumberq” xəbəri məsələ ilə birbaşa əlaqəsi olan, ancaq adları açıqlanmayan iki mənbəyə istinadla yazıb.

“Blumberq”ə məlumat verən mənbələr tapılan enerji mənbəyinin böyüklüyü, dərinliyi və s. barədə məlumat verməyib.

“Röyters” informasiya agentliyinə müsahibə verən mənbə isə biri “ciddi böyüklükdə” olmaqla, Qara dənizdə iki bölgədə enerji mənbəyinin tapıldığını bildirib.