Blogger Fatimə Mövlamlı saxlanılıb? – Bakı polisindən AÇIQLAMA

21

Blogger Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır.

Hurriyyet.org xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"O, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir. Bu kimi yalnış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır.