Bizim bir son döyüşümüz də var!

321

Doğrudanmı, biz yenə də arsızlığımıza salıb erməni köpəkləri ilə birgə yaşamağa razı olacağıq?

…Ayın 29-dur, axşam yazmağı saxlayıb televizorda Moskvanın birinci kanalına baxıram. Rus jurnalistləri bizə acıq vermək üçün Xankəndinə qayıdan erməniləri göstərirlər. Ermənilər böyük podnosda, şirniyyatı rus hərbiçilərinə verirlər, bir tərəfdə rusun bayrağı, bir tərəfdə də artıq it kimi qovulmuş qondarma “respublikanın” rəngli cındırı. Maraqlı burasıdır ki, özlərini ağa kimi aparan rus zabitlərinin biri də onun yığışdırılmasını tələb etmir. Elə bil canilərin yaratdığı “respublika” doğrudan da qanuni qurumdur…

Zəndi-zəhləmin getdiyi rus jurnalistlərinin  bir sözü var, müharibə hər şeyin üzərindən xətt çəkir, silir atır. Yəni aylar, illər keçir, insanlar istəsələr də, istəməsələr də çox vaqiələri unudurlar, biganəlik, laqeydlik də öz işini görür.

Xalqlar bu məsələdə bir-birlərindən kəskin fərqlənirlər. Elə millət var ki, düşmən saydığı digər xalqa dərin nifrətini son beşiyi kimi əzizləyir, onu nəsldən nəslə əmanət kimi verir. Bizdə isə bu dədə-babadan olmayıb. Elə buna görə də indi altını çəkirik. Qəvi düşməni yuvasına qədər qovub başını əzmək, qisası qiyamətə qoymamaq, qan, namus qisasını birə on almaq, müxənnətin yurdunu viran etmək və i.a. bu kimi savab əməllər sanki bizim üçün deyilməyib.

Heç kim mənimlə mübahisə eləməsin. Bizim qələm sahibləri, sovet hakimiyyəti illərində hər cür ənamlar almış “korifeylərimiz” rus və ermənidən başqa kimi göstəruiblərsə, onun da üzərinə çirkab atıblar. Unutmayın ki, uzun illər biz vəcdlə, həvəslə “Kür, Araz, Ararat gözəldir bu həyat, qardaş olub Ayastan, Azərbaycan” mahnısını oxuyurdu. Ermənistanda dərc olunan jurnallarda o iftira yox idi ki, üstümüzə yağdırmasınlar. Bakıda isə erməni şairlərinə bütün məcmuələrdə səhifələr verirlər, milllətimizin qatilləri erməni komissarlarına mədhiyyələr həsr olunurdu. “Bəşərin vicdanı, eşqi, ürəyi, fikri düşüncəsi, zehni diləyi” sayılan partiya bunu tələb edirdi. Azərbaycan ziyalıları da “ləbbeyk!” dedilər.

Son vuruşlarda şücaətlər göstərmiş, millətin qəddini dikəltmiş oğullar vətənpərvərlik dərsini Hüsüyn Cavidi, Müşfiqi, Əhməd Cavadı, M.Ə.Rəsulzadəni, Mümtazı satanların törəmələrindən, ardıcıllarından almayıblar.

Müstəmləkə ədəbiyyatının indi də qılığa girib yaxşı pul qazanan “ideoloqları” ciddi-cəhdlə əlləşib-vuruşub kommunist məddahların əsərlərindən camaatın hisslərini qıcıqlandıran lazımi fraqmentləri, hissələri çıxarıb təbliğ edirlər. “Bir görün filan ildə Səməd Vurğun vətən üçün nə yazıb”, “Rəsul Rza bu şeirində “podtekstlə” qiyamət qoparıb”, “İsa Hüseynov millətin qatillərini o filmdə mədh edibsə, sonra filan əsərində  filankəsləri yıxıb sürüyüb”, “İlyas Əfəndiyevin “Qarabağnaməsi” əsl vətənpərvərlik məktəbidir” və s. Yeri gəlmişkən bu “şedevrdən” iki kəlmə demək istəyirəm. “Qarabağnamə” yə telekranda özümü məcbur edib iki dəfə baxmışam, başım çıxmır, bu fantasmaqoriyanı səhnəyə, ekranlara çıxaranlar özlərini dolayıblar, yoxsa camaatı? Bütün personajları elə bil ötən əsrin 60-70-ci illərin çayxanalarından çıxarıb ortaya gətiriblər. Zaman ol zaman idi ki, məmləkətin üzərində senzira bir azca zəifləmişdi, yerindən duran Araz dərdindən, Təbriz həsrətindən, Azərbaycan dilinin göz qabağında bütün idarə sistemindən sıxışdırılıb çıxarılmasından danışardı. “Vətənpərvərlik” aşıb-daşırdı , amma iş bərkə düşəndə birinin də cınqırı çıxmırdı. Firudin Şuşalının “Şuşa” adlı kitabı məşr olunmuşdu. Üç-dörd abzasın üstündə qiyamət qopdu! Nə baş vermişdi?

Sadəcə olaraq müəllif İbrahim xanın, ailəsinin rus hərbçiləri tərəfindən qətlə yetirilməsini açıb tökmüşdü. Mərkəzi Komitədə oturmuş partiya bonzları buna dözərdilərmi? İclas iclas ardınca, qəzet səhifələrində də suriş öz yerində, xülası Firidunu qovaraqa götürdülər. Qarabağ mövzusunu özəlləşdirmiş Əfəndiyevlərdən, Rəsul Rzadan, Mirzə İbrahimovdan, Süleyman Rəhimovdan, məxləs, özlərini millətin nağdı-nisyəsi sayan “korifeylərdən” səs-səmir çıxmadı.

Rusları da qatil kimi göstərmək olar? Belə küfr əməllərin qarşısı yerindəcə alınmalıdır. Alırdılar da! Moskva irticası da bunu yaxşı görürdü və nəticəni də çıxarırdı. O bilirdi ki, işə müdaxilə eləməsə də yerli manqurtlar onların yerinə hər şeyi edəcəklər(Rəhmətlik Xəlil Rza Ulutürkün üzərində “Linç məhkəməsinin” qurulması hamıya bəllidir. O barədə mən yazmışam, maraqlıdır ki, o rüsvayçı  “məhkəmədə” çıxış edib. Xəlil Rzaya tənə vuranların bir neçəsinin  adı qalıb, qalanları unudulub. Xəlil Rzaya isə xalq “istiqlal şairi” adını verdi!).

…Ayın 29-dur, axşam yazmağı saxlayıb televizorda Moskvanın birinci kanalına baxıram. Rus jurnalistləri bizə acıq vermək üçün Xankəndinə qayıdan erməniləri göstərirlər. Ermənilər böyük podnosda, şirniyyatı rus hərbiçilərinə verirlər, bir tərəfdə rusun bayrağı, bir tərəfdə də artıq it kimi qovulmuş qondarma “respublikanın” rəngli cındırı. Maraqlı burasıdır ki, özlərini ağa kimi aparan rus zabitlərinin biri də onun yığışdırılmasını tələb etmir. Elə bil canilərin yaratdığı “respublika” doğrudan da qanuni qurumdur. Kəlbəcərdə də, Laçında da ermənilər tərk etdikləri evləri yandırır, ağacları kəsirlər. Özü də bütün bunlar rus hərbçilərinin gözləri  qarşısında baş verir. Nə dillənirlər, nə də mane olurlar, nələrinə lazımdır. Əmlakı məhv edilən, alçaldılan türkdür, müsəlmanlardır. Rusu da uşaqlıqdan türk-islam dünyasına nifrət ruhunda tərbiyə ediblər, Azərbaycanın yaltaq tarixçilərindən başqa bütün dünya bunu bilir. Televizorda xarabazara döndərilmiş şəhərlərimizi, kəndlərimizi, yerlə yeksan edilmiş şəhid məzarlarının qalıqlarını göstərirlər.

Millət üçün bundan böyük həqarət düşünmək qeyri-mümkündür. Yəni doğrudanmı, biz yenə də arsızlığımıza salıb erməni köpəkləri ilə birgə yaşamağa razı olacağıq? Yəni doğrudanmı bizim kişilər xaçpərəst fahişələrini görəndə hayılmayıl olub, var-yoxlarından keçəcəklər?

Ağdamın viran olunmuş məscidinin qarşısında hörmətli Prezidentin çıxışına dönə-dönə qulaq asmışam. Bundan artıq daha nə deyərlər? Hansı dövlət xadimi belə canyananlıqla xalqının bədxahlarına belə cavab verib?

Bütün əzablarıma baxmayaraq şəxsən mən qürur hissi duydum, gözlərim qeyri-ixtiyarı yaşardı. Çoxu möcüzənin baş verdiyini görmür! Bəli, möcüzə onda idi ki, bütün səlib dünyasının gözləri qarşısında Azərbaycan Ali baş komandanın rəhbərliyi altında Qafqazda özünü xristian sayan giyenanın başını əzdi. Səlib dünyası dinib-danışmadı! Çünki istər pravoslav, istər protestant, katolik dünyası bir daha əmin oldu ki, körpələri öldürən, tarixi abidələri yer üzündən silən, başqa xalqın  məbəd və ibadətgahlarını murdarlayan həşəratın xristianlıqdan danışmağa haqqı yoxdur.

Xirosimadan da beşbetər günə salınmış şəhər və kəndlərimiz, kəsilmiş yandırılmış meşələrimiz sübut etdi ki, qarşımızdakı düşmən adi müharibə aparmış onun daha müdhiş, daha qorxunc planları var. Yəni bu dəfə də biz xabi-qəflətdən ayılmayacayıq. Səlib dünyası ağzı qanlı giyenasını bu dəfə qorumadı, görünür onun başqa niyyətləri var.  Erməni əli ilə edə bilmədiyini o, daxili satqınların köməyi ilə reallaşdıracaq. Kimdir o daxili satqınlar? Xarici banklara külli miqdarda sərvət ötürənlər, ölkə daxilində min fırıldaqla mal-mülk əldə edənlər, ellik zəmanətlə bir-birinə bağlı olan, cəzasızlıq hissindən tam azğınlaşmış məmurlar. Ölkənin müstəqilliyini, Prezidentin özünü məhz bu mənfur güruhdan qorumaq lazımdır. “Hansı qüvvə ilə” sualını verənlərə cavabım budur: düşmən üzərində qələbə çalmış ordu, Prezidentin bir işarəsi ilə tufan qopara biləcək gənclik, bütün yaşlı nəsil, veteranlar. Mən bir dəfə bu barədə yazmışdım. Əminəm ki, bizimlə heç kim bacara bilməyəcək.

 

Firuz HAŞIMOV